Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

Elektrik Skuterlər: Soyuq hava şəraitində səfərin qızıl qaydaları

Tarix: 25-12-2024 11:12     Baxış: 337 A- / A+
Son illərdə mikromobillik vasitələri, xüsusilə elektrik skuterləri, Azərbaycanda sürətlə populyarlaşır.
Elektrik skuterlər şəhər nəqliyyatının ətraf mühitə daha az təsir edən alternativi kimi qəbul edilir. Hazırda Bakıda skuterlər üçün 283 xüsusi parkinq yeri yaradılıb.

Dövlət qurumları, o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, mikromobillik şirkətləri tərəfindən yaradılan təhlükəsiz və müasir infrastruktur sayəsində bu sahədə inkişafın davam edəcəyi gözlənilir. Avropanın ən böyük mikromobillik provayderi olan Bolt Bakıda şəhər sakinlərinin istifadəsinə 700-ə yaxın skuter təqdim edib. Yağışlı, küləkli və ya soyuq havalarda – fərqli hava şəraiti ilə qarşılaşdığınız zaman – həm sürücülərin, həm də digər yol istifadəçilərinin təhlükəsizliyini təmin etmək üçün xüsusi tövsiyələr təqdim edirik.

1. Sürətin Yol Şəraitinə Uyğunlaşdırılması Yağışlı havalarda yollar sürüşkən ola bilər və çuxurlar az görünə bilər, buna görə təhlükəsiz sürət seçmək vacibdir. Bolt skuterləri maksimum 25 km/saat sürətlə hərəkət edə bilir, lakin hər zaman maksimum sürətə çatmaq məsləhət görülmür. Xüsusilə dönmələrdə və səfərin əvvəlində sürəti 15 km/saatdan yüksək etməmək tövsiyə olunur.

2. Velosiped Zolaqlarından İstifadə Edin Səkilərdə yavaş sürmək icazəli olsa da, velosiped zolaqlarında sürmək daha təhlükəsizdir. Toqquşmaların qarşısını almaq üçün digər yol istifadəçiləri ilə aranızda kifayət qədər məsafə saxlayın ki, lazım olduqda təhlükəsiz dayana və ya ötüb keçə biləsiniz.

3. Sürmə Qaydalarına Riayət Edin Tandem sürmə kimi davranışlar “Reckless Rider” (ehtiyatsız sürücü) reytinqinizi aşağı salır və davam edərsə, Bolt platformasından uzaqlaşdırılma ilə nəticələnə bilər. Bu riski azaltmaq üçün Bolt yeni istifadəçilər və ehtiyatsız sürücülər üçün tətbiqdə Rider Academy təlim materialları təqdim edir. Bu proqram ehtiyatsız sürüşü 20% azaldıb.

4. Yol Hərəkəti Qaydalarına Diqqət Edin Nişanlara əməl etmək, keçidlərdən düzgün istifadə etmək və digər yol iştirakçılarına hörmət göstərmək təhlükəsizliyin əsas şərtləridir. Bakıda elektrik skuterlər və velosipedlər bərabər keçid hüququna malikdir. Xüsusi çəkilən velosiped zolaqlarında skuterlərin istifadəsi də nəzərdə tutulub.

Velosiped sürücüləri kimi, elektrik skuterlər də işıqfor və yol qaydalarına əsasən hərəkət etməlidir. Əlavə olaraq, çiskin, dumanlı hava şəraitində reflektorlar və yansıtıcı geyimin geyinilməsi, skuterin işıqlarından istifadə etmək və reflektorların düzgün işlədiyinə əmin olmaq tövsiyyə olunur.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar