Xəbər lenti
Bolt Business: Azərbaycanda korporativ səfərləri yeni səviyyəyə qaldırır

Bu məqsədlə Bolt mobil tətbiqi “Bolt Business” xidmətini Azərbaycanda bir il əvvəl istifadəyə verib. Xidmətin üstünlükləri və əldə olunan nailiyyətlər barədə “Bolt Business” üzrə Biznes İnkişafı Meneceri Emin Bayramlı maraqlı faktlarla bölüşüb.

● Aylıq limitlərin təyin edilməsi (gediş siyasətləri) – fərdi və qrup şəkilində düzgün təyinatlanmaya imkan yaradır və sui-istifadə hallarının qarşısını alır.
● İstifadəçi aktivləşdirmə və deaktivləşdirmə – layihə müddətinə uyğun olaraq işçilərin əlavə edilməsi və silinməsi mümkündür.
● Marşrut limitləri – müəyyən ərazilərə və ya rayonlara səfərlərin tənzimlənməsi təmin edir.
● Kateqoriya seçimi – şirkət Bolt tətbiqində təqdim olunan kateqoriyaları (məsələn, elektrik, comfort) tənzimləyə bilir.
● Rayonlara və xarici ölkələrə gedişlər, ezamiyyət səfərlərinə də şamil olunurmu?
Bəli, Bolt tətbiqinin aktiv olduğu bütün şəhər və ölkələrdə korporativ səfərlər eyni qaydada həyata keçirilir. Şirkət ödəniş üsulu seçilərək səfər sifariş olunur və əməkdaş rahatlıqla ezamiyyə səfərini həyata keçirir. Bolt Business xidmətinin Azərbaycanda tətbiqinin bir ili: Hansı nailiyyətlər əldə olunub? 2024-cü ildə əldə edilən mühüm nailiyyətlərdən biri COP29 tədbiri ilə əməkdaşlıq olmuşdur. Bu tədbir çərçivəsində 6,000-ə yaxın kupon təqdim edilmişdir. Kuponlar tədbir zamanı cəlb olunan könüllülərə Bolt Business xidmətindən istifadə etmələri üçün təqdim edilən promokodlardır. Bu yanaşma xidmətdən səmərəli istifadəni təmin etməklə yanaşı, əməkdaşların səfərlərini də rahatlaşdırmışdır. Ümumilikdə, bir il ərzində Bolt Business müştərilərinin sayı gözləniləndən yüksək olmuşdur. Müxtəlif sahələrdə fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlər, eləcə də əməkdaşlar və onların ailə üzvləri üçün əlavə bir üstünlük olaraq Bolt Business xidmətindən faydalanmışdır. Qeyd etmək lazımdır ki, Bolt Business hazırda Azərbaycanda uğurla tətbiq olunur və istifadəçi bazasını genişləndirməkdə davam edir. Şirkətlər üçün hərəkət azadlığı | Bolt Business
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar