Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

Qalib Ali Baş Komandan - Vidadi Murtuzayev

Tarix: 24-12-2024 09:08     Baxış: 366 A- / A+

2023-cü ilin 15 oktyabrı dövlətçilik tariximizdə olduqca böyük əhəmiyyət kəsb edən tarixi hadisənin – Azərbaycan xalqının İlham Əliyevə səs verməklə Ümummilli Lider Heydər Əliyev siyasi kursunun davamına dəstək verməsinin 21-ci ildönümüdür. Ötən iki onilliyə nəzər saldıqda Azərbaycan Respublikasının necə bir yüksək inkişaf yolu keçməsinin şahidi oluruq. Ölkəmizin tarixində yeni inkişaf mərhələsi sayılan həmin dövrün müəllifi və memarı birmənalı olaraq Prezident İlham Əliyevdir.

Azərbaycanımızın son illərdə əldə etdiyi misilsiz nailiyyətlər Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli və qüdrətli liderliyinin nəticəsidir. Son 21 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının çiçəklənməsinə xidmət edən çox böyük tədbirlər görülüb, nəhəng infrastruktur layihələri həyata keçirilib, Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ilə ölkəmizin dünyaya çıxışı təmin edilib. Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət kursu nəticəsində Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, Ermənistan isə dünyadakı beynəlxalq təşkilatlar tərəfindən haqlı olaraq təcavüzkar dövlət kimi tanınıb. Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başladığı ilk vaxtlardan ərazi bütövlüyü məsələsindəki birmənalı və qəti mövqeyi elə həmin vaxtlarda təsdiqlədi ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. İlham Əliyev 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-cu ildən bəri sədrlik etməsi ilə Azərbaycan dövlətçilik tarixində böyük bir ilkə imza atıb. Bununla yanaşı, ölkəmizin son üç ildə istər İkinci Qarabağ müharibəsi, istərsə də COVID-19 pandemiyası ilə mübarizə dövründə qazandığı uğurlar onun yorulmaz fəaliyyətinin bariz nümunəsidir.

Son 21 ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu məsələlərini dövlət siyasətinin prioriteti kimi müəyyənləşdirilməsi nəticəsidir ki, Azərbaycan xalqı 30 ilə yaxın həsrətdən sonra tarixi ədaləti bərpa etdi. 21 illik prezidentlik dövrünün zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və 20 sentyabr 2023-cü il tarixdə lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa açmış, 8 Noyabr–Zəfər Gününü xalqımızın qürur mənbəyinə çevirmişdir.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və dəmir yumruğa çevrilmiş xalq Ulu Öndərin ən ümdə arzusunu 17 ildən sonra gerçəkləşdirdi. “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim… Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır” sözləri hər birimizin qürur mənbəyinə çevrildi. Qələbədən sonrakı dövrdə Böyük Qayıdışa dair həyata keçirilən genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. Bütün bu müddət ərzində Dövlət başçısının və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə səfərləri Böyük Qayıdışın təminatıdır.  

























Vidadi Murtuzayev
Hüquqşünas






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar