Sizin Reklam Burada
Xəbər lenti
18-08-2025
17-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda tutulan Fransa casusundan xəbər var

Tarix: 23-12-2024 15:34     Baxış: 4116 A- / A+
 

Ötən ilin sonlarında Bakıda casusluq ittihamı ilə saxlanılan Fransa vətəndaşı Martin Ryan barəsində cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
İş üzrə hakim Vüqar Quliyevdir.
Fransa vətəndaşı 2023-cü il dekabrın 4-də həbs edilib. Məhkəmə tərəfindən onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Fransanın Bakıdakı səfirliyi həmin şəxsin həbsi barədə dərhal məlumatlandırılıb. Ryan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (casusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinir.
İttihama görə, "Merkorama" MMC-nin baş direktoru Martin Ryan onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş Fransanın 2 DGSE (Xarici Kəşfiyyat Baş İdarəsi) agenti tərəfindən istifadə (manipulyasiya) edilib.
Martın Ryanla yanaşı Azərbaycan vətəndaşı Azad Məmmədli də mühakimə olunacaq. 
Bir müddət əvvəl "Observer Online" nəşri yazıb ki. Azad Məmmədli Fransa vətəndaşlığının verilməsi və maddi təminatla mükafatlandırılma müqabilində Fransa vətəndaşı Martin Ryanla birgə geniş gizli əlaqələr qurulması və region üzrə zəruri informasiyaların toplanılıb ötürülməsi işinə cəlb edilməkdə ittiham olunur, müvafiq yazışmalar artıq Fransanın xeyrinə yox, ziyanına işləməyə başlayıb.
Həmçinin məlum olur ki, hər 2 şəxs kəşfiyyat rəsmilərinin tapşırığı ilə dünyanın ən böyük bank şəbəkələrindən olan Fransanın nəhəng "Societe Generale" maliyyə konqlomeratının müxtəlif əməkdaşları ilə münasibətlər qurub, A.Məmmədli Bankın Azərbaycan banklarında müxbir hesablarının açılması və digər məsələlərdə banklararası müqavilələrinin tərtibində iştirak edib.
A.Məmmədlinin hansı məqsədlə uzun müddətə Şimali İrlandiyaya göndərilməsinin səbəbləri isə hələ açıqlanmayıb./modern.az

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar