Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Sənədsiz evlərin tükənməyən dərdi: Minlərlə insanın aqibəti necə olacaq?

Tarix: 22-12-2024 15:31     Baxış: 436 A- / A+
Manevr.az xəbər verir ki, sakinlər Baku TV-nin qaynar xəttinə kanalizasiya problemlərinin işıqlandırılması üçün müraciət edirlər.
Qeyd edək ki, paytaxtın 2040-cı ilədək inkişafına dair Baş planı təsdiq edilib. Plana uyğun olaraq, hazırda Bakı əhalisinin təqribən 72 faizi mərkəzləşdirilmiş kanalizasiya sistemi xidmətlərindən istifadə edə bilir. Yəni şəhərin mərkəzi hissəsi kanalizasiya sistemi ilə tam, Binəqədi, Sabunçu, Suraxanı, Qaradağ, Xəzər rayonlarının qəsəbələri isə qismən təmin olunub. Mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemi mövcud olmayan ərazilərdə sistemin qurulması üçün layihə sənədləri hazırlanıb.
Buna kimi isə sakinlər ciddi problemlərlə qarşı-qarşıya qalırlar. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu deyir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə görə, əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması qadağandır.
"Ümumiyyətlə, hər hansı təchizata qoşulmaq üçün sənədlər tələb olunur. "ASAN kommunal"da həmin sənədlərin dəqiqliyi müəyyənləşəndən sonra əgər ərazidə 30 metrdən uzaq olmayaraq hər hansı şəbəkə varsa, həmin abonentin o şəbəkəyə qoşulması təmin olunur".


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar