Sizin Reklam Burada
Xəbər lenti
03-10-2025
02-10-2025
BÜTÜN XƏBƏRLƏR

Polkovnik Fuad Qasımova yüksək vəzifə verildi 

Tarix: 21-12-2024 20:53     Baxış: 3172 A- / A+
Azərbaycanın Gürcüstandakı Səfirliyinin nəzdində Dövlət Gömrük Komitəsinin Nümayəndəliyinin rəhbəri (attaşe) polkovnik Fuad Qasımov vəzifəsindən azad edilib.
Manevr.az  xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov polkovnik Fuad Qasımova yeni vəzifə verib.
Şahin Bağırovun müvafiq əmri ilə Fuad Qasımov komitənin Daxili Təhlükəsizlik İdarəsinin rəis müavini və rəis vəzifəsinin müvəqqəti əvəzedicisi təyin edilib.
Fuad Qasımov attaşe vəzifəsinə təyin edilməzdən əvvəl uzun müddət Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə çalışıb.
O, hazırda Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti Baş idarəsinin rəisi olan general-mayor Sevda Şirinovanın adamı kimi tanınıb. Fuad Qasımov Dövlət Gömrük Komitəsi ilə yanaşı, Fövqəladə Hallar Nazirliyində də yüksək vəzifələrdə çalışıb.
Xatırladaq ki, daxili işlər nazirinin sabiq müavini polis general-leytenantı Oruc Zalovun polkovnik oğlu Rəşad Zalov bir neçə gün əvvəl Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar