Xəbər verdiyimiz kimi, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Vüsal Aslanov Prezident İlham Əliyevin Sərəncamı ilə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunub.
Manevr.az Vüsal Aslanovun dosyesini təqdim edir: V.Aslanov 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə Bakı Dövlət Universitetinin Mülki və Təsərrüfat Hüquqi fakultəsini fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsini qazanıb.
2004-cü ildən "Azərinşaatservis” MMC-də hüquq müşaviri vəzifəsində, daha sonra Biznes İnkişafı Departamentinin direktoru vəzifəsində çalışıb.
2005-2006 illərdə Hərbi Xidmətdə olub. 2006-2013 illərdə "Azərinşaatservis” MMC-nin Korporativ əlaqələr və Hüquq Departamentinin direktoru, İdarəetmə və hüquqi işlər üzrə direktor müavini vəzifələrində fəaliyyət göstərib.
V.Aslanov 2010-2014 illərdə "Azərinteltek” QSC-nin idarə heyətinin üzvü olub. 2013-2015 illərdə "Azərcon” ASC-nin direktoru vəzifəsində çalışıb. 2014-2015 illərdə əlavə iş yeri olaraq, "Retro-Park” MTK-nin sədri vəzifəsində çalışıb. 09.10.2015-ci il tarixindən 20.07.2016-cı il tarixədək "Azərbaycan Dəmir Yolları” QSC-nin Sədrinin müşaviri kimi fəaliyyət göstərib.
Evlidir, 3 övladı var.
Xəbər lenti
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































