Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Məhkəmə Qubad İbadoğlunun ölkədən çıxışı ilə bağlı qərar verdi

Tarix: 18-12-2024 16:25     Baxış: 3183 A- / A+
Məhkəmə Qubad İbadoğlunun ölkədən çıxışı ilə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsi Qubad İbadoğlunun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı şikayətinə baxıb.
Manevr.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Nərimanov rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, dekabrın 3-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı şikayətini təmin etməyib. Apellyasiya şikayəti həmin qərardan verilib.
Q. İbadoğlu bu ay Avropaya səfərlə bağlı qadağanın götürülməsi üçün məhkəməyə növbəti dəfə müraciət edib.
Qeyd edək ki, Qubad İbadoğlu ötən ilin iyul ayında həbs edilib. O, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pulların satışı), 167-3.1-ci (dini ekstremizmyönlü materialların saxlanması və ya yayılması) maddələrilə ittiham irəli sürülüb.
Bu il aprelin 22-də məhkəmə onun barəsində qətimkan tədbirini dəyişərək ev dustaqlığına buraxılmasına qərar verib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar