Sizin Reklam Burada
Xəbər lenti
17-12-2024
16-12-2024
BÜTÜN XƏBƏRLƏR

Sənədsiz evlər söküləcək? - AÇIQLAMA

Tarix: 17-12-2024 18:18     Baxış: 441 A- / A+
Sənədsiz evlər söküləcək? - AÇIQLAMA
Azərbaycanda 400 minə yaxın qanunsuz tikili qeydə alınıb. Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov bu rəqəmin yaxın zamanda dəqiqləcəyini açıqlayıb. 
O, həmçinin ölkədə neft müqavilələrinin əhatə etdiyi ərazilərdə və mühafizə zolaqlarında yerləşən tikililərlə bağlı işçi qrupunun yaradıldığını da xatırladıb: "İşçi qrupu müvafiq qanun layihəsinin hazırlanması üzərində işləyir”. 

Manevr.az xəbər verir ki, əmlak eksperti Elnur Azadov Qaynarinfo-ya açıqlamasında bildirib ki, hüquqi normativ bazalar və bu istiqamətdə qanunsuz evlərin leqallaşdırılması ilə bağlı müvafiq qanunvericilik hazırlanmalıdır:
"Bizdə bu qanunvericilik yoxdur. Ölkə başçısının 2015-ci ildə imzalanmış fərmanı var. Bu fərmana istinadən Daşınmaz Əmlakın Dövlət Reystr Xidməti müəyyən olunmuş qaydalar və sənədlər üzrə daşınmaz əmlakın qeydiyyatını apara bilir, vətəndaşları çıxarışla təmin edir, mülkiyyəti tanınır. Fikirimcə, müxtəlif vaxtlarda ayrı-ayrı dövlət qurumları tərəfindən verilmiş sənədlər var. İlkin sənədləri olan əmlaklar var və onların tanınması istiqamətində işlər aprılacaq. Bu isə o deməkdir ki, ilkin sənədləri olan əmlaklara yaxın vaxtlarda çıxarış veriləcək, yəni leqallaşdırılacaq”. 

Elnur Azadov hesab edir ki, heç bir sənədi olmayan qanunsuz tikilərin sənədləşdirilməsi böyük prosessdir:
"100 ildən çoxdur ki, müxtəlif dövlət qurumları tərəfindən müxtəlif sənədlər verilib. Siyahı böyükdür. Onların əsasında daşınmaz əmlakın leqallaşdırılması istiqamətində iş aparıla bilər. Yəni, 400 minə yaxın qanunsuz tikilinin ən yaxşı halda yarısına şamil olunacaq. Heç bir sənədi olmayan evlərin leqallaşdırılması isə qəliz məsələdir. Bu zaman aparacaq".
Elnur Azadov sənədləşdırilməmiş evlərin statistikası ilə bağlı səslənən rəqəmin 400 min deyil, daha böyük olduğunu xatırladıb:
"Bu rəqəmlərin arasında gələcəkdə leqallaşdırılması mümkün olmayan daşınmaz əmlaklar var. Söhbət xüsusi mühafizə olunan ərazilərdə, kommunikasıya xəttlərinə yaxın ərazilərdə tikilən evlərdən gedir. Bu başdan həmin evlərin sahiblərinə xəbərdarlıq etmək lazımdır ki, həmin evlər leqallaşdırılmayacaq”. 
Əmlak eksperti Ramil Osmanlı isə deyir ki, neft ərazilərində inşa olunan fərdi yaşayış evlərin bir hissəsi faktiki olaraq aktiv mədən ərazisində yerləşir:

"Yəni, orada bu gün neftin çıxarılması davam edir. Amma elə evlər ki, var onların yerləşdiyi ərazilər artıq istismarı dayanıb, orada artıq neft yoxdur. Bununla bağlı dəqiq kordinatlar müəyyən olunmalıdır. Hökumətin prioritetləri ondan ibarətdir ki, mühafizə zolaqlarına düşən qanunsuz tikililər istisna olmaqla digər tikililərin sənədləşməsi qanun lahiyəsində öz əksini tapmalıdır. Problem o qədər şaxəlidir ki, onu qərar verilənə qədər bu məsələ tənzimlənməlidir, həllini tapmalıdır”. 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar