Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda oğlan uşaqlarına ən çox verilən adlar

Tarix: 17-12-2024 15:32     Baxış: 489 A- / A+
Son zamanlar valideynlər kişi adlarının sonuna "a", "ə" şəkilçisi artıraraq yeni qadın adlarının düzəldilməsi ilə bağlı müraciət edirlər.
Manevr.az
xəbər verir ki, bu fikirləri Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
S.Sadıqova qeyd edib ki, bu kimi müraciətlərin sayı artıb:
"Valideynlər daha çox sistemdə olan adlara müraciət edir. Məsələn, Cəsur-Cəsurə, Cavid-Cavidə, Afiq-Afiqə, Əzim-Əzimə, Nuh-Nuhə, Nihad-Nihadə, Əfqan-Əfqanə, Aqşin-Aqşinə kimi adları misal göstərə bilərik".
Sədr müavini eyni zamanda bu il ölkədə oğlan uşaqlarına ən çox verilən adların Əli, Məhəmməd, Murad, Uğur, Onur, Adnan, Altay, Babur, Bamsı olduğunu bildirib:
"İlk sırada Əli və Məhəmməd adları yer alır. Digər sadalanan adlar isə hər 10 uşaqdan 3-nə və ya daha çoxuna verilib. Qızlara gəlincə, onlara ən çox Fatimə, Zəhra, Banuçiçək, Nur, Selcan, Aysun, Ümra adı qoyulub. Bu adlar bu il üçün ilk beşlikdə dayanıb".
"Bu il iki-üç adın birləşməsindən yaranan mürəkkəb adın ayrılıqda böyük hərflərlə yanaşı yazılması ilə bağlı müraciət də daxil olub. Azərbaycan dilinin adlar sistemində mürəkkəb adlar bitişik yazıldığından iki-üç adın böyük hərflə yanaşı, yəni misal olaraq, Əli Əzim Məhəmməd kimi yazılmasına icazə verilməyib", - o əlavə edib.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar