Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Qafar Dəmirçinin şikayəti rədd edildi - Həbsdə qaldı

Tarix: 16-12-2024 12:06     Baxış: 384 A- / A+
Qafar Dəmirçinin şikayəti rədd edildi - Həbsdə qaldı

Şəkidə meşəlik ərazini kəsməklə təbiətə 8 milyonluq ziyan vurmaqda ittiham olunan "AQA Şirkətlər Qrupu”nun vitse-prezidenti Qafar Dəmirçinin həbsindən verilmiş apellyasiya şikayətinə baxılıb.

Manevr.az
-ın məlumatına görə, "plazalar kralı” kimi tanınan şəxsin vəkili birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş edib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. 

Hakim Habil Məmmədov isə işlə tanış olduqdan sonra təbiətə külli miqdarda ziyan vurma ittihamı ilə qarşısında dayanan şəxs barəsindəki əvvəlki qərarı qanunauyğun hesab edib. 

Yekun qərarla Qafar Dəmirçi barəsindəki 3 aylıq həbs qətimkan tədbiri qərarı bir daha təsdiqlənib. 

Onun istintaqdan gizlənmə, yer dəyişdirmə, ibtidai araşdırmaya mane ola biləcəyi ehtimalları da nəzərə alınaraq qətimkan tədbirinin növü dəyişdirilməyib. 

Qeyd edək ki, Qafar Dəmirçi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. İttihama görə, ittihama görə, onun rəhbərlik etdiyi "Monte Ferro” şirkəti Şəkinin iki kəndini əhatə edən meşəlik ərazilərində müxtəlif növ ağacları qanunsuz kəsib. Ona qarşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ilkin ittiham elan edilib. Bu ittiham təsdiqini taparsa Dəmirçi 3 ildən 6 ilə kimi azadlıqdan məhrum edilə bilər. 

Xatırladaq ki, "AQA Şirkətlər Qrupu”nun prezidenti Qafarın atası Aydın Dəmirçidir. Həmin şirkətə çoxsaylı plazalar-"Demirchi Tower”, "AGA İş Mərkəzi”, "Ariana Business Park”, "Caspian Business Center”, "Lotfi Zadeh Texnologiyalar Mərkəzi” və başqaları daxildir.  Bundan əlavə şirkətdə "AGA Group” maliyyə ("Ferrum Kapital” və "Caspian Audit”), kənd təsərrüfatı ("AGA Agro”, "Monte Ferro"), İnformasiya Texnologiyaları ("Bravo Online Systems”), turizm və hotelçilik ("Da Vinci” və "Caspian Palace” hotelləri) da fəaliyyət göstərir."qafqazinfo”


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar