Xəbər lenti
Ağır xəstə heç bir xəstəxana tərəfindən qəbul edilmir? - TƏBİB-dən cavab
"Hacıqabul rayon sakini, 62 yaşlı Zəminə Məmmədova Hacıqabul Rayon Mərkəzi xəstəxanasında 11 gün stasionar müalicə alıb".Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Hacıqabul rayon sakini 1962-ci il təvəllüdlü şəxs (qadın cinsli) 14.11.2024-cü il tarixində dəqiqləşdirilməmiş hemoturiya diaqnozu ilə Hacıqabul Rayon Mərkəzi xəstəxanasına müraciət edib və həmin xəstəxanada 11 gün stasionar müalicə alıb.
"Daha sonra 10.12.2024-cü il tarixində Hacıqabul Rayon Mərkəzi xəstəxanasına təkrar müraciət edib. Xəstəyə ixtisaslı həkim müayinə və müalicəsini davam etdirməsi tövsiyə olunub və dəqiqləşdirilməmiş kəskin böyrək çatışmazlığı diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına göndəriş verilib. Pasiyent təkrar olaraq 12.12.2024-cü il tarixində Hacıqabul Rayon Mərkəzi xəstəxanasına müraciət edib və saat 12:25 radələrində ambulunsla Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub. Hazırda xəstənin müalicəsi Şirvan Şəhər Mərkəzi Xəstəxanasında davam etdirilir", - deyə məlumatda vurğulanır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























