Sizin Reklam Burada
Xəbər lenti
17-12-2024
16-12-2024
BÜTÜN XƏBƏRLƏR

Saxta diplomlu vətəndaşları hansı cəzalar gözləyir? - AÇIQLAMA

Tarix: 13-12-2024 22:41     Baxış: 387 A- / A+
Saxta diplomlu vətəndaşları hansı cəzalar gözləyir? - AÇIQLAMASon günlər ölkədə saxta diplomlu həkimlərin ifşası davam edir. Bəs görəsən başqa sahələrdə də saxta diplomlardan istifadə edərək vəizfə tutan şəxslər varmı? Qanunla bu şəxsləri hansı cəzalar gözləyir?

Hüquqşünas Turan Abdullazadə bildirib ki, "Saxta diplomlu və saxta sertifikatlar əsasında fəaliyyət göstərən həkimlər dərhal göstərdiyi xidmətdən kənarlaşdırılmalı, qanunvericiliyə müvafiq şəkildə cəzalandırılmalıdır. Saxta sənədlər əsasında fəaliyyət göstərən kosmetoloqları, həkimləri, tibb işçilərini müəyyən etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə əhəmiyyətli yük düşür. Hətta tibb müəssisələrində qanuni yoxlamalar aparmaq üçün Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi də var.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə — vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edili.

Yəni sertifikikasiyadan keçməmiş həkimləri tibb fəaliyyətinə buraxdığına görə vəzifəli şəxslər 1000 manatadək, tibb müəssisələri isə 8000 manatadək cərimələnə bilər.

Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən, vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs, tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə— min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 320-ci maddəsinə əsasən, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, bilə-bilə saxta sənədlərdən istifadə etmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır". 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar