Xəbər lenti
Saxta diplomlu vətəndaşları hansı cəzalar gözləyir? - AÇIQLAMA
Hüquqşünas Turan Abdullazadə bildirib ki, "Saxta diplomlu və saxta sertifikatlar əsasında fəaliyyət göstərən həkimlər dərhal göstərdiyi xidmətdən kənarlaşdırılmalı, qanunvericiliyə müvafiq şəkildə cəzalandırılmalıdır. Saxta sənədlər əsasında fəaliyyət göstərən kosmetoloqları, həkimləri, tibb işçilərini müəyyən etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə əhəmiyyətli yük düşür. Hətta tibb müəssisələrində qanuni yoxlamalar aparmaq üçün Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi də var.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə — vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edili.
Yəni sertifikikasiyadan keçməmiş həkimləri tibb fəaliyyətinə buraxdığına görə vəzifəli şəxslər 1000 manatadək, tibb müəssisələri isə 8000 manatadək cərimələnə bilər.
Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən, vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs, tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə— min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 320-ci maddəsinə əsasən, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, bilə-bilə saxta sənədlərdən istifadə etmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar