Xəbər lenti
"Azərbaycana düzgün mina xəritələrinin təqdim edilməməsi uzunmüddətli sülh prosesini ləngidə bilər" - DEPUTAT

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib ki,bu, işğaldan azad edilmiş ərazilərin ekoloji vəziyyəti və mina problemləri ilə bağlı məsələri əhatə edən mürəkkəb bir situasiyadır:
"Ermənistan rəhbərliyi işğal dövründə planlı və sistematik şəkildə torpaqlarımızı müxtəlif tip minalarla çirkləndirmişdir. İki tərəf arasında gedən danışıqlar prosesi çərçivəsində rəsmi İrəvan mina xəritələrinin müəyyən bir hissəni təqdim etsə də təqdim edilən məlumatların dəqiqliyi və təsnifatı qənaət bəxş deyil. Təbii ki, mövcud problem həm ciddi maliyyə vəsaiti hesabına aradan qaldırılır, həm bölgədə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq prosesinə maneə yaradır, həm də çox ciddi təhlükəsizlik problemləri formalaşdırır.Bütün bunlar Ermənistanın destruktiv yanaşmasının təzahürüdür.
Deputat vurğulayıb ki, sülh danışıqları zamanı etimadın yolu qarşılıqlı öhdəliklərin yerinə yetirilməsindən gedir:
"Azərbaycana düzgün mina xəritələrinin təqdim edilməməsi uzunmüddətli sülh prosesini ləngidə bilər. Çünki bu bölgəyə qayıdan mülki əhalinin təhlükəsizliyi kontekstində son dərəcə vacibdir. Çox təəssüf hissi ilə qeyd edirəm ki, beynəlxalq təşkilatlar və dövlətlər Ermənistanın qeyri-səmimi davranışlarına səssiz qalır və Azərbaycanın haqlı tələblərini görməzdən gəlir. Ermənistan isə cəzasızlıq mühitində vaxt qazanmağa hesablanmış ritorikasını davam etdirir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar