Xəbər lenti
Bakıdakı elektrik avtobuslarında gediş haqqı artırılır? - Şəkil

Bəs elektrik mühərrikli avtobuslarda qiymətlər nəyə əsasən tənzimlənəcək?
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, nəqliyyat vasitələrinin elektrik mühərrikli avtobuslarla əvəzlənməsi hazırda sadəcə proqnozdur:
“Bunun tam reallaşacağına dair dəqiq bir əsas yoxdur. Fikrimcə, 2030-cu ilə qədər, yəni 5 il ərzində bunu həyata keçirmək üçün külli miqdarda vəsait lazımdır. Burada milyardlardan söhbət gedir. Azərbaycanda isə ictimai nəqliyyatda dayanıqlı maliyyələşmə müşahidə etmirik. Bunu zaman göstərəcək.
İctimai nəqliyyatda gedişhaqqı Tarif Şurasının qərarı ilə tənzimlənir. Nəzərdə tutulan avtobusların alışı isə çox baha məbləğə başa gəlir. Onların istismar xərcləri də heç də az deyil. Bu avtobusların texniki qulluğu, idarəsi benzinlə idarə olunanlardan daha çox vəsait tələb edir”.
Ekspert qeyd edib ki, nəzərdə tutulan yenilik gedişhaqqı tariflərinə təsir etməyəcək:
“Texniki qulluq, alış qiymətləri və bu kimi xərcləri hesabladıqda daşınmaların maya dəyərinin azalacağını düşünmürəm. Lakin dünyanın heç bir ölkəsində ictimai nəqliyyatın xərclərini gedişhaqqı ilə qarşılamaq deyə bir şey yoxdur. Sözügedən xərcləri dövlət özü qarşılamalıdır. Əks halda ictimai nəqliyyatın sosial mahiyyəti itir. İctimai nəqliyyat biznes deyil. O, birinci növbədə sosial layihədir. Ona görə də qiymətlər dəyişməməlidir.
Hətta biz Bakıda dayanıqlı ictimai nəqliyyat və insanların fərdi avtomobillərdən kütləvi ictimai nəqliyyata keçmələrini istəyiriksə, avobusların sayının artırılmasına və dəqiq qrafikdə işləməsinə diqqət göstərməliyik.
Bütün bunları nəzərə alaraq gedişhaqqı tarifləri artırılmamalıdır, hətta kifayət qədər əlçatan olmalıdır”.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar