Sizin Reklam Burada
Xəbər lenti
11-12-2024
10-12-2024
BÜTÜN XƏBƏRLƏR

İşıq sürətindən sonsuzluq tərtibində böyük sürətlər - quranda düşünən insanlara aşkar işarələr

Tarix: 07-12-2024 21:49     Baxış: 4151 A- / A+
(EYHAMLAR)

Ukrayna və Azərbaycanın kimya elmləri doktoru, “Kolloid Kimyası” ixtisası üzrə Azərbaycanda yeganə kimya elmləri doktoru, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının professor və akademiki, bp Azərbaycan şirkətində 20 il müddətində Ekologiya üzrə 8 nəfər yerli alimlərdən ibarət işçi qrupun üzvü və rəhbəri olmuş, 8 kitab (ikisi ingilis dilində), 100-ə yaxın patent müəllifi, son 3 ildə Almaniyada qeydiyyatdan keçmiş ikisi Quran ayələri ilə əlaqəli (Elmi Kəşfin Diplom surəti mətnə əlavə edilmişdir) çoxsaylı Elmi Kəşfləri ilə ixtisası üzrə (nanokolloid kimyası əsasında neft-mədən nanoekotexnologiyaları) dünyada rekord göstəricilərlə uğur qazanan, Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi”, Almaniyada isə ATEA prezidenti tərəfindən “Wilhelm Leibniz” və “Alexander von Humboldt” medalları ilə təltif edilmiş, Elmi Kəşflərlə bağlı Almaniyadan ölkə Prezidentinə nailiyyətləri haqqında mütəmadi olaraq rəsmi məlumat daxil olan Rahim Abas oğlu Daşdiyevin rəhbərliyi altında son 12 il müddətində, Quran ayələrinin mindən artıq ad altında sistemləşdirilmələri nəticəsində potensial Elmi Kəşf timsalında təqdim edilən “İşiq sürətindən sonsuzluq tərtibində böyük sürətlər - Quranda düşünən insanlara aşkar işarələr (eyhamlar)” mövzusunda aktual silsilədən olan növbəti yazını Manevr.az oxucularına təqdim edirik.

“İŞIQ SÜRƏTİNDƏN SONSUZLUQ TƏRTİBİNDƏ BÖYÜK SÜRƏTLƏR - QURANDA DÜŞÜNƏN İNSANLARA AŞKAR İŞARƏLƏR (EYHAMLAR)” MÖVZUSU İLƏ BAĞLI AYƏLƏR (İXTİSARLA):

2.Əl-Bəqərə surəsi
2.117. Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi
zaman, ona (O işə) yalnız: "Ol!" -deyər, o da (fövrən) olar.
3.Ali-İmran surəsi
3.40.(Zəkəriyya: ) "Ey Rəbbim, üzərimə qocalıq çökdüyü və zövcəm qısır (doğmayan)
olduğu halda, mənim necə oğlum ola bilər? " – söylədi. (Allah isə: ) "(Bəli) dediyin kimidir,
(lakin) Allah nə istəsə, onu da edər", – deyə buyurdu.
3.47.(Məryəm: ) "Ey Rəbbim! Mənə bir insan əli toxunmadığı halda necə uşağım ola
bilər?" – dedikdə, (Allah) buyurdu: "(Bəli) elədir, (lakin) Allah istədiyini yaradır. O, bir işin
əmələ gəlməsini qərara aldıqda, ona ancaq "Ol!" deyər, o da (dərhal) olar.
3.48.(Allah) ona (İsaya) yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək.
3.59.Allah yanında İsa da (İsanın atasız dünyaya gəlmiş də) Adəm kimidir. Allah onu
(Adəmi) torpaqdan yaratdı. Sonra ona: "(Bəşər) ol!" – dedi, o da oldu.
6.Əl-Ənam surəsi
6.73. Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: "Ol!" deyəcəyi gün (hər şey)
dərhal olar. Onun sözü haqdır. Surun (İsrafilin surunun) çalınacağı gün hökm Onundur.
Qeybi və aşkarı bilən də Odur. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır!
16.Ən-Nəhl surəsi
16.38. Onlar: "Allah, ölən bir kimsəni diriltməyəcəkdir!" - deyə Allaha möhkəm and içdilər.
Xeyr! (Allah qiyamət günü ölüləri qəbirlərindən çıxarıb dirildəcəyi haqda) doğru və’d
etmişdir. Lakin insanların əksəriyyəti (bunu) bilməz!
16.40. Biz hər hansı bir şeyi (yaratmaq) istədikdə ona sözümüz: "Ol!" deməkdir. O da
dərhal olar.
19.Məryəm surəsi
19.35. Allaha (özü üçün) övlad götürmək yaraşmaz. O, pakdır, müqəddəsdir. O, hər hansı
bir şeyi yaratmaq istədikdə ona yalnız: "Ol!" deyər, o da dərhal olar.
36.Yasin surəsi
36.82. Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: "Ol!" deməkdir.
O da dərhal olar.
40.Əl-Mumin surəsi
40.68. Dirildən də, öldürən də Odur. O, bir işi qərara aldıqda (bir şeyi yaratmaq istədikdə)
ona ancaq: "Ol!" - deyər, o da dərhal olar.
54.Əl-Qəmər surəsi
54.50. Bizim buyurduğumuz bir göz qırpımında yerinə yetər! (Hər hansı bir şeyi yaratmaq
istədikdə ona bircə dəfə: "Ol!" - deyərik, o da dərhal olar!)
Nəticə
Fizikadan məlumdur ki, sürət hər hansı kəmiyyət tendensiyasının (məsələn, mexanikada
yerdəyişmə kəmiyyətinin) müvafiq zaman intervalına olan nisbətidir. Zaman sıfıra yaxın və sıfır
olduqda (məxrəcin sıfır olması sonsuzluqla ifadə olunur) sürət sonsuzluğa bərabər olur.
Yuxarıdakı ayələrdən göründüyü kimi Allahın Qurandakı düşünən insanlara çoxsaylı aşkar
işarələrondə (eyhamlarında) qeyd edilir ki, Hər hansı bir şeyi yaratmaq istədikdə ona bircə
dəfə: "Ol!" - deyərik, o da dərhal olar”. “Dərhal” sözü zaman intervalının sıfır olmasına açıq-
aşkar bir işarədir (eyhamdır). Deməli, Allahın Ol qanunu vasitəsi ilə məqsədyönlü yaratma-
idarəetmə hadisələrində sürət, nəinki adi sürətlərə nəzərən, hətta işıq sürətinə (300 000
km/saniyə) nəzərən də sonsuz qiymətlərə malikdır. Quranın Ən-Nəhl surəsinin 77-ci ayəsində
qeyd edilir: “Göylərin və yerin qeybini (gözə görünməyən, heç kəsə bəlli olmayan məchul
sirlərini) bilmək ancaq Allaha məxsusdur. Qiyamətin qopması (əmri) bir göz qırpımında, yaxud
daha tez olar. Allah, həqiqətən, hər şeyə qadirdir!” Göründüyü kimi sadə insanların asanlıqla
başa düşməsi üçün (6.65. ... Gör ayələrimizi onlara  cür izah edirik ki, bəlkə, başa
düşsünlər. ) Allah Qiyamət hadisəsinin başvermə zaman intervalının sıfır olmasını (və ya sıfıra
yaxın olmasını) “bir göz qırpımında, yaxud daha tez” ifadəsi ilə qeyd edir. Allahın Ol qanunu
əsasında məhz yerdəyişmə ilə bağlı sürətin sonsuzluq tərtibində olmasına dair Quranda açıq-
aşkar işarəyə (eyhama) misal olaraq: “97.4.O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə
(həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah
dərgahından əmrlər alaraq) yerə enərlər.” Bəli milyardlarla km məsafədə olan cənab Cəbrailin
Allahın dərgahından əmr alaraq yerə enməsi sürətin hətta işıq sürətinə nəzərən sonsuzluq
qiymətində baş verir. Deməli, Allah özünün Ol qanunu əsasında, hər il Qədr gecəsində Cəbrail
və digər mələklərin ani olaraq koordinatlarını dəyişir. Allah tərəfindən vəhy funksiyasını yerinə
yetirməyə müvəkkil olan Cənab Cəbrailin həmçinin Quran ayələrini hissə-hissə 23 ilə yaxın bir
müddətdə Həzrət Məhəmməd peyğəmbərə vəhy etməsi ilə zəruri olan enişləri də məhz
sonsuzluq tərtibində olan sürətlə yerinə yetirilmişdir. Beləliklə işiq sürətindən sonsuzluq
tərtibində böyük sürətlərlə bağlı Allah tərəfindən Quranda düşünən insanlara kifayət qədər
aşkar işarələr (eyhamlar) verilmişdir.
Əsas mənbə:
Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi), 1992.
Qeyd edək ki, professor R.A.Daşdiyevin ölkənin əsasən Moderator.az, Manevr.az saytlarında
dərc edilən digər məlumatları da məhz Quran ayələri ilə bağlıdır:
“Azərbaycan alimlərinin Quran ayələri əsasında Elmi Hipotezi” adlı məlumat. Ilk dəfə
12.11.2023 tarixində (22:35) Moderator.az saytında dərcedilmişdir: //moderator.az/az/
cemiyyet/703915/azerbaycan-alimlerinin-quran-ayeleri-esasinda-elmi-hipotezi-foto/
“Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi” adlı
məlumat 07.05.2024 tarixində (17:10) Moderator.az saytında dərcedilmişdir: //moderator.az/
az/elmvetehsil/767480/zem-zem-suyunun-sirlerinin-acilmasi-istiqametinde-azerbaycanli-alimin-
elmi-kesfi/
“Quranda qeyd edilən 4-cü  5-ci varlıqların nədən yaradılması bilgiləri yalnız Allahın Qeyb
Elminə bəllidir” adlı araşdırma nəticəsi 13.05.2024 tarixində (11:23) Moderator.az saytında
dərc edilmişdir (Ekskluziv): //moderator.az/az/ekskluziv/768742/quranda-qeyd-edilen-4-cu-
ve-5-ci-varliqlarin-neden-yaradilmasi-bilgileri-yalniz-allahin-qeyb-elmine-bellidir/
“Əksliklərin vəhdəti  mübarizəsi qanunu ilə bağlı düşünən insanlar üçün işarələr (eyhamlar)
- Görəsən Hegelin xəbəri olubmu?” adlı analoji araşdırmaların nəticəsi 16.06.2024 tarixində
(10:47) Moderator.az saytnda dərc edilmişdir(Ekskluziv): //moderator.az/az/ekskluziv/779607/
quranda-eksliklerin-vehdeti-ve-mubarizesi-qanunu-ile-bali-dusunen-insanlar-ucun-isareler-
eyhamlar-gresen-hegelin-xeberi-olubmu/
“Quranda İnkarçıların Allah tərəfindən inkar edilməsi qanunu ilə bağlı düşünən insanlar üçün
işarələr (eyhamlar) - Görəsən Hegelin xəbəri olubmu?” adlı analoji araşdırmaların nəticəsi
05.07.2024 tarixində (10:45) Moderator.az saytında dərcedilmişdir://moderator.az/az/
cemiyyet/785065/quranda-inkarcilarin-allah-terefinden-inkar-edilmesi-qanunu-ile-bali-dusunen-
insanlar-ucun-isareler-eyhamlar-gresen-hegelin-xeberi-olubmu/
“Quranda dialektika qanunları ilə izah oluna bilməyən Allahın Ol qanunu - Görəsən Hegelin
xəbəri olubmu?” adlı analoji araşdırmaların nəticəsi 18.07.2024 tarixində (10:57)
Moderator.az saytında dərc edilmişdir(Ekskluziv): //moderator.az/az/ekskluziv/789411/
quranda-dialektika-qanunlari-ile-izah-oluna-bilmeyen-allahin-ol-qanunu-gresen-hegelin-xeberi-
olubmu/
“Dünya təcrübəsində Quran ayələri əsasında ilk Elmi Kəşf 2024-cü ildə Almaniyada
Azərbaycan alimlərinin adına qeydiyyatdan keçmişdir  lakin bu bir başlanğıcdır...” adlı
məlumat 24.07.2024 tarixində (11:40) Moderator.az saytında dərc edilmişdir
(Ekskluziv): //moderator.az/az/ekskluziv/791321/dunya-tecrubesinde-quran-ayeleri-esasinda-
ilk-elmi-kesf-2024-cu-ilde-almaniyada-azerbaycan-alimlerinin-adina-qeydiyyatdan-kecmisdir-
lakin-bu-bir-baslanicdir/
“Dərgahındakı Lövhi-Məhfuz kitabının Allahın Kainat Miqyaslı Yaddaş Sistemi olması 
Quranda düşünən insanlar üçün müvafiq işarələr (eyhamlar)”adlı məlumat 08.08.24 tarixində
(19:45) Moderator.az saytında dərc edilmişdir(Ekskluziv): //moderator.az/az/ekskluziv/
795985/dergahindaki-lvhi-mehfuz-kitabinin-allahin-kainat-miqyasli-yaddas-sistemi-olmasi-
quranda-dusunen-insanlar-ucun-muvafiq-isareler-eyhamlar/
“Mahiyyəti yalnız Qeyb Elminə bəlli olan, Allahın insanları kodlaşdırması  bağlı - Quranda
düşünən insanlara müvafiq işarələr (eyhamlar)” adlı məlumat 28.09.24 tarixində (11:22)
Moderator.az saytında dərc edilmişdir(Ekskluziv): //moderator.az/az/ekskluziv/810354/
mahiyyeti-yalniz-qeyb-elmine-belli-olan-allahin-insanlari-kodlasdirmasi-ile-bali-quranda-
dusunen-insanlara-muvafiq-isareler-eyhamlar/
“Quranda İslam dialektika qanunu - Görəsən Hegelin xəbəri olubmu?” adlı məlumat 30.09.24
tarixində (11:04) Moderator.az saytında dərc edilmişdir
https://moderator.az/az/ekskluziv/810866/quranda-islam-dialektika-qanunu-gresen-hegelin-
xeberi-olubmu/
“Allahın dəmir, misi ərimədən Davud  Süleyman peyğəmbərin əlində muma bənzər hibrid
aqreqat halına salması - sirlər yalnız Qeyb Elminə bəllidir” adlı məlumat 10.11.24 tarixində
(11:54) Manevr.az saytinda dərc edilmişdir https://manevr.az/index.php?newsid=142941
Quranda “Allahın Mütləq Keyfiyyətlər Dialektikası - görəsən Hegelin xəbəri olubmu?” adlı
məlumat 11.11.24 tarixində (11:02) Manevr.az saytinda dərc edilmişdir
https://manevr.az/index.php?newsid=142981
“Allahın “Pisliyi yaxşılıqla dəf et, qəzəbə səbr, cəhalətə elm, xəsisliyə comərdlik, cəzaya
bağışlanmaqla cavab ver, belə olduqda düşmən olan şəxsi bir dost görərsən”fəlsəfəsi əsası
ndaQuranda İslam Dialektika Qanunu” adlı məlumat 13.11.24 tarixində (21:42) Manevr.az sayt
inda dərc edilmişdir https://manevr.az/index.php?newsid=143069
“Azərbaycan alimlərinin Quran ayələri əsasında dünyada ilk Elmi Kəşfləri çoxsaylı kəşflərə
doğruməqsədyönlü başlanğıcdır...” adlı məlumat 14.11.24 tarixində (18:19) Manevr.az saytind
a dərc edilmişdir https://manevr.az/index.php?newsid=143102




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar