Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Vəzifəli şəxs həbs edildi - 300 min manatdan artıq rüşvət...

Tarix: 06-12-2024 18:38     Baxış: 482 A- / A+
Vəzifəli şəxs həbs edildi - 300 minlik rüşvət iddiası
"Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsinin qanunsuz əməlləri ilə bağlı cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Manevr.az
 
xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Abşeron Regional İdarəsinin rəisi Əliyev Arzu Təvəkgül oğlunun qanunsuz əməlləri barədə həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
İstintaqla Arzu Əliyevin həmin vəzifədə işləyərkən səlahiyyətlərindən sui-istifadə edərək 2019-2020-ci illər ərzində rəhbərlik etdiyi qurumun istifadəsində olmaqla Bakı şəhərinin Ramana qəsəbəsində yerləşən dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz olaraq satılması, çoxsaylı şəxslər tərəfindən zəbt olunmaqla tikinti işlərinin aparılmasına şərait yaradılması və himayədarlıq göstərilməsi müqabilində ona müraciət etmiş ayrı-ayrı şəxslərdən ümumilikdə 300 min manatdan artıq pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Arzu Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Həmin cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərlə bağlı cinayət işi ayrıca icraata ayrılmaqla hazırda istintaq tədbirləri davam etdirilir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar