Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bələdiyyəyə namizədlərin qeydə alınması üçün zəruri seçki sənədlərinin təqdim edilməsinə başlanılır

Tarix: 06-12-2024 09:35     Baxış: 382 A- / A+
Bələdiyyəyə namizədlərin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-ya təqdim edilməsinə başlanılır
Gələn həftə bələdiyyə seçkiləri ilə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsinə başlanılır.

Manevr.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.

Qeyd edilib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi DSK-ya təqdim edə bilər.

Seçki Məcəlləsinə əsasən, seçki sənədləri səsvermə gününə ən çoxu 50, ən azı 30 gün qalmış saat 18:00-dək təqdim edilməlidir.

Təqvim planında bu müddət 2024-cü il dekabrın 10-dan dekabrın 30-u saat 18.00-dək nəzərdə tutulub.

Xatırladaq ki, MSK-nın qərarına əsasən, növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar