Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Mərhum şahmatçının valideynləri haqqında TƏBİB-dən AÇIQLAMA

Tarix: 05-12-2024 13:19     Baxış: 494 A- / A+
Vüqarın valideynləri necədir? - Rəsmi açıqlama
Xəbər verdiyimiz kimi, iki gün öncə Abşeron rayonu, Novxanı kəndində mərhum şahmatçı Vüqar Həşimovun ailəsinin yaşadığı evdə partlayış baş verib. Hadisə nəticəsində onun valideynləri xəsarət alıb.
Manevr.az xəbər verir ki, TƏBİB-dən “qafqazinfo”nun sorğusuna cavab olaraq hər iki şəxsin hazırkı vəziyyətini açıqlayıb.

“Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə xəsarət alan 1949-cu il təvəllüdlü şəxsin müalicəsi TƏBİB-in tabeliyindəki Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti ağır-stabildir. Bədən səthinin 55%-ni əhatə edən 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən şəxsin yaraları cərrah tərəfindən izlənilir.
TƏBİB-in tabeliyindəki Yeni Klinikaya təxliyə olunan 1959-cu il təvəllüdlü şəxsin müalicəsi isə Reanimasiya şöbəsində aparılıb. Bədənin müxtəlif nahiyələrində çox sayda cırılmış, kəsilmiş, didilmiş yaralar və sol əlinin ovuc qismində dərin kəsik yarası diaqnozu təyin edilib, eyni zamanda rentgen və tomoqrafiya müayinələrindən sonra hər iki bud sümüyün aşağı hissəsində qapalı yerdəyişməli qırıq aşkarlanıb. Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Daha sonra ailə üzvlərinin istəyi ilə özəl tibb müəssisələrindən birinə təxliyə olunub”, - qurumdan bildirilib.
Qeyd edək ki, Vüqar Həşimov Azərbaycan şahmat millisinin üzvü olub. O, 2009-cu ildə yığmamızla Avropa çempionu adını qazanıb. Qrossmeyster millimizə qitə çempionluğu titulunu gətirən qələbəyə imza atıb.
O, 2014-cü ildə 28 yaşında beyin xərçəngindən dünyasını dəyişib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar