Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Hüseyn Abdullayevin daha 10 il həbsi tələb edildi

Tarix: 05-12-2024 11:49     Baxış: 483 A- / A+

Quska” ləqəbli keçmiş deputat Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Manevr.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror bəyan edib ki, sabiq deputata verilmiş ittiham məhkəmə istintaqı ilə təsdiqini tapıb.
Bu əsasla Hüseyn Abdullayev cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmada təqsirli bilinməli, cəzasını ümumi rejimdə çəkməsi şərti ilə 10 il müddətinə azadlıqdan məhrum edilməlidir.
“Quska” özü ittihamçının çıxışını istintaq təcridxanasından video-kamera ilə dinləyib. Məhkəməyə sədrlik edən hakim Azər Tağıyev müdafiə çıxışına hazırlanmaları üçün vəkillərə vaxt verib.
Xatırladaq ki, H. Abdullayev 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və digər cinayətlərin törədilməsində təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin cəza müddəti bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə Abdullayev azadlığa çıxa bilməyib.“qafqazinfo”



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar