“Media subyektlərində yayımlanmış materiallardan narazı qalan, dərc edilmiş məzmunla bağlı hər hansı bir hüququnun pozulduğunu düşünən şəxsin məhkəməyə müraciət etmək haqqı var”.
Manevr.az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında Mətbaut Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib.
O qeyd edib ki, bu, vətəndaşın müvafiq qanunlarla tanınan hüququdur:
“Amma nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək həmin şəxsin mütləq haqlı olduğu barədə qərar çıxarılacağı anlamına gəlmir. Mümkündür ki, mövcud mübahisə üzrə keçirilən məhkəmə prosesində vətəndaş, yəni şikayətçi deyil, onun şikayət verdiyi jurnalist və ya media subyekti qalib çıxsın. Təcrübədə bu cür hallarla dəfələrlə rastlaşırıq”.
M.Ələsgərli bildirib ki, belə natamam şikayətlərdən yayınmaq, həm şikayətçinin, həm də şikayət olunanın lüzumsuz mübahisələrə, proseslərə cəlb olunmalarının qarşısını almaq üçün bəzi prosedurlar müəyyənləşdirilib.
Xəbər lenti
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar