Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Gələn ildən onlara ƏDV-nin yarısı geri qaytarılacaq

Tarix: 04-12-2024 10:52     Baxış: 3100 A- / A+
Mədəniyyət xidmətləri üzrə keşbek tətbiq olunacaq.
Manevr.az xəbər verir ki, "Vergi Məcəlləsinə" təklif edilən və yeni  qüvvəyə minməsi gözlənilən dəyişikliklərə əsasən, mədəniyyət sektoruna böyük vergi güzəştləri tətbiq olunacaq.
Bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında yazıb.
O bildirib ki, məqsəd daha çox sərmayələr cəlb etməklə bu sektorun inkişafını stimullaşdırmaqdır:
"Eyni zamanda, bu mədəniyyət sektorunda bir sıra xidmətlərin xərclərinin azalmasına və eləcə də qiymətin aşağı düşməsinə səbəb ola bilər.
Dəyişikliklərə əsasən, gələn aydan etibarən mədəniyyət sektorunda 5 il müddətinə torpaq vergisindən tam, mənfəət (gəlir) vergisindən 90 faiz azadolma veriləcək. Eyni zamanda, mənfəət (gəlir) vergisi üzrə güzəştin həcmi artırılaraq 75 faiz güzəşt 90 faizə qaldırılır".
Deputat qeyd edib ki, mövcud qanunveiriclik ilə güzəşt verilən subyektlərin sayı 1-dən 5-ə qaldırılır.
"Güzəştdən istifadə edənlərin siyahısına teatr, muzey, simfonik orkestr və film prodüseri da əlavə edilir.
Ən vacib məqamlardan biri də bu sektorda da gələn ildən ƏDV-nin geri qaytarılmasının tətbiq edilməsidir. Belə ki, teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizi ("ƏDVcashback") geri qaytarılacaq. Yəni, mədəniyyət xidmətləri üzrə də keşbek təbiq olunacaq",- deyə o əlavə edib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar