Sizin Reklam Burada
Xəbər lenti
04-12-2024
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

"Sinifdəki oğlanların hamısı məni zorladı" – 13 yaşlı qızın DƏHŞƏTLİ DRAMI

Tarix: 03-12-2024 21:19     Baxış: 360 A- / A+
"Sinifdəki oğlanların hamısı məni zorladı" – 13 yaşlı qızın DƏHŞƏTLİ DRAMITürkiyədə 17 oğlanın 13 yaşlı qızı məktəb tualetində zorlaması ilə bağlı məlumat yayılıb.

Bu dəhşətli hadisə Türkiyənin Ankara şəhərində baş verib. Yerli mətbuatın yazdığına görə, Ankarada orta məktəblərin birində 17 oğlan şagird məktəb tualetində qızlar bölməsinə zorla daxil olub sinif yoldaşı qıza (A.B.) dəfələrlə təcavüz ediblər.

Hazırda oğlanlar bu hadisə ilə bağlı məhkəməyə verilib. Bu qızın danışmasından sonra baş verib. A.B. polisə ifadəsində bildirib ki, hətta bu hadisələri görənlər ona kömək etməyiblər.

Məlumata görə, təcavüzə məruz qalan qız bir universitetdə müəllim işləyən ata və ananın tək övladıdır. A.B. başına gələn iyrənc hadisəni düz bir il utanaraq ailəsinə deməyib. Hadisə 2023-cü ildə baş verib. Həmin zaman qızın 13 yaşı olub. O vaxt qız orta məktəbin 7-ci sinfində oxuyurmuş. Eşitdiklərindən şoka düşən valideynlər polis bölməsinə gedib 17 oğlan şagirddən şikayətçi olublar. Ana və ata qızlarını dərhal başqa məktəbə göndəriblər. Psixologiyası pozulan A.B.-nin psixiatrik müalicəsinə başlanılıb. Ailə tələb edir ki, bu məsələ ilə bağlı məktəb rəhbərliyinə və müəllimlərə qarşı da cinayət işi açılsın.

Valideynlərin iddiasına görə, bu iyrəncliklərdən xəbər tutsalar məktəb rəhbərliyi və müəllimlər susub.
İstintaq zamanı qız Uşaq Monitorinq Mərkəzində 3 dəfə ifadə verib. A.B. ifadələrində deyib ki, köhnə məktəbində yaşadığı zorakılığa görə, yerini dəyişib: "Demək olar ki, sinifdəki oğlanların hamısı məni zorladı".

İfadəyə görə, sinif yoldaşı oğlanlar məktəbdə hamının yanında onu rahatlıqla öpür və intim yerlərinə toxunurlarmış: "Bunlar məktəbin hər yerində olub. Sinifdə, dəhlizdə, yeməkxanada, tualetdə. Bu hadisələri görənlər mənə kömək etməyiblər". Qız bir-bir ona qahmar çıxmayan yoldaşlarının adını çəkib.

Türkiyə qanunlarına görə, uşağa qarşı cinsi istismar cinayətinə görə yetkin şəxsi 28 ilədək azadlıqdan məhrum edirlər. Lakin oğlan şagirdlərin yaşı 15-dən az olduğu üçün qanuna görə, bu cinayətə görə 7 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutula bilməz. lent.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar