Xəbər lenti
Müəllimi Milli Qəhrəman Natiq Qasımovdan DANIŞDI
Məktəbin direktoru Zaur Müseyibov baş nazirin imzaladığı sərəncamın onları qürurlandırdığını deyib.
"Bizim üçün fəxrdir, 30 ildən sonra Prezidentimizin fərmanı ilə Natiq Qasımova Milli Qəhrəman adı verildi. Biz bununla qürur duyuruq. Bir neçə gün bundan qabaq baş nazirimizin imzaladığı sərəncamla məktəbimizə Milli Qəhrəmanın adının verilməsi bizi daha da duyğulandırdı və sevindirdi. Artıq bizim qarşımızda duran əsas məsələ şagirdlərimizə belə bir qəhrəmanı tanıtmaq, Natiq Qasımov kimi yetişdirilməsini təmin etməkdir", - deyə o bildirib.
Natiq Qasımov 1991-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. O, 1992-ci ildə Xocalının Pirlər kəndi yaxınlığında Alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda ölüm-dirim savaşına qalxır. Döyüşdə altı yoldaşı həlak olan Natiq mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır.
Onun təslim olmayacağını anlayan ermənilər Natiqin qarşısına "əsirləri güllələyəcəyik" şərtini qoyurlar. 22 nəfər Xocalı sakininin güllələnməsinə razı olmayan qəhrəman kilsənin üzərindəki Azərbaycan bayrağını özü ilə götürərək təslim olmaq üçün ermənilərə tərəf gedir. Kilsədən böyük bir dəstənin çıxacağını gözləyən düşmən oradan əlində bayraq bir əsgərin çıxdığını görəndə azğınlaşıb. Natiq Qasımov əsir götürülüb.
Qeyd edək ki, Natiq haqda çəkilən filmdə onun Vitali Balasanyanın iştirakı ilə dindirilməsindən sonra işgəncə ilə öldürüldüyü haqda şahid ifadəsi var. Bu şahidlər ermənilərdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar