Sizin Reklam Burada
Xəbər lenti
04-12-2024
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

"Faizə 2500 manat götürmüşdüm, 3500 qaytarmalı idim" - Sələmə görə törədilən qətlin təfərrüatı

Tarix: 02-12-2024 22:47     Baxış: 358 A- / A+
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinən Elvin Səyavuş oğlu Əsədovun məhkəmə prosesinin növbəti iclası keçirilib.

Zərərçəkənin hüquqi varisi Suğra Cabbarova Firudin adlı şahidin gətirilməsinin vacib olduğunu qeyd edib. Hakim Kamran Muxtarov şahid Firudinin hərbçi olduğunu əsas gətirərək onun gətirilməsi ilə bağlı hərbi komandanlığa rəsmi məktub göndərəcəyini bildirib.

Sonra bəzi şahidlərin telefonlarının anten məlumatları barədə məlumat verilib. Məlum olub ki, Qaçay adlı şahid hadisə baş verən gün, dekabrın 30-da saat 20:51-dən 22:35-ə kimi Nəsimi rayonu, Cavadxan küçəsində olub, yəni qətlə yetirilən Zamiqin yaşadığı ərazidə. Həmçinin Qaçayın Zamiqlə yaxın olduğu, hətta bir yerdə iş gördüyü də məlum olub. Belə ki, Qaçay faizə pul götürmək istəyən hərbçiləri Zamiqin yanına gətirib və faizdən xeyrini götürüb.

Müdafiə tərəfi öz vəsatətini elan edib - təqsirləndirilən şəxsin adına olan bank kartlarının məlumatlarını çıxarmaq. Bilinsin ki, Elvin Zamiqə nə qədər kart vasitəsilə pul göndərib, Zamiq Elvinə nə qədər pul göndərib.
Təqsirləndirilən şəxs Elvin də Zamiqin bank kartına pul göndərdiyini etiraf edib: "Mən ondan 2500 manat faiz götürmüşdüm, üstü ilə 3500 manat verməli idim".
Məhkəmə prosesi dekabrın 23-nə kimi təxirə salındı.

Xatırladaq ki, hadisə ötən il dekabrın 30-da paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Baş vermiş qətl hadisəsi ilə bağlı Nəsimi Rayon Prokurorluğu məlumat yayıb.

Aparılmış istintaqla müəyyən edilib ki, Elvin Əsədov tanışı Zamiq Cabbarova olan 2500 manat faiz pul borcunu ödəməkdən yayınmaq və qisas almaq məqsədilə Nəsimi rayonunun Cavadxan küçəsi ərazisində sonuncuya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elvin Əsədova Cinayət Məcəlləsinin tamah məqsədilə qəsdən adam öldürmə maddəsi ilə yekun ittiham elan edilib və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. unikal

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar