Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Qadının bədənindən 11 kiloqramlıq kist çıxarıldı

Tarix: 02-12-2024 21:50     Baxış: 389 A- / A+
Bakupost.azKazan şəhərində həkimlər 11 kiloqramlıq kist ilə birlikdə xəstənin qaraciyərinin bir hissəsini də çıxarmağa məcbur olublar.

Bu barədə "Mash" Telegram kanalı məlumat yayıb.

Məlumata görə, 2017-ci ildə tibbi müayinə zamanı 21 yaşlı qız testlərdən keçib. Onun orqanizmində parazitlə yoluxmuş exinokok kisti tapılıb. Pasiyent təyin olunmuş dərmanları qəbul edib və əməliyyat keçirib, lakin müalicəni tam olaraq başa çatdırmayıb.

Keçən ilin noyabr ayında rusiyalı qadın kəskin arıqlayıb və onun qarnında böyük şiş əmələ gəlib. Həkimlər müayinədən sonra bunun yenə də eyni exinokok olduğunu müəyyən ediblər. Şiş qızın daxili orqanlarını sıxıb və bəzilərinə də yayılıb.

Cərrahlar əməliyyatla şişi çıxarıblar. Onun çəkisi 11 kiloqram olub. Şişlə birlikdə həkimlər qızın qaraciyərinin iki seqmentini və sidik axarının bir hissəsini də kəsmək məcburiyyətində qalıblar. Məlumata görə, pasiyent hazırda evdədir və müalicəsini davam etdirir. bakupost.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar