Sizin Reklam Burada
Xəbər lenti
04-12-2024
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

Qənirə Ataşova Xatirə İslamın bacısı haqda nələri açıqladı? - "Karyerası..."

Tarix: 02-12-2024 13:20     Baxış: 392 A- / A+


ABŞ-ə köçən tele-aparıcı Qənirə Ataşova müğənni Xatirə İslamın bacısı Günel Əzizova ilə bağlı paylaşımı ilə diqqət çəkib.
Manevr.az xəbər verir ki, Qənirə Ataşova sosial media hesabında bu sözləri yazıb:
"Azərbaycanda tibb sahəsində necə “yaradıcı” yollarla həkim titulunun paylandığı və şou-biznesin bu prosesdəki “qeyri-rəsmi rolu” haqqında danışmaq istəyirəm. Burada həm ciddi bir məsələni qabardacağam, həm də bir az sarkazmla məsələyə işıq tutacağam. Başlayaq özünü “həkim” kimi təqdim edən Günel Əzizovadan.
Xatırladım ki, Günel xanım sosial şəbəkələrdə pasiyentlərini qəbul edərkən onların video görüntülərini yayımlayır, üstəlik, müayinə zamanı deontoloğiya elminə əməl etməyərək onları sözlə əzirdi…
Bir az araşdırmadan sonra məlum oldu ki, Günel xanımın tibb təhsili yoxdur. Amma bu, onun əməliyyatlar aparmasına, ginekoloji prosedurlar həyata keçirməsinə mane olmayıb. Əksinə, o, özünə o qədər güvənir ki, hətta bəzən əməliyyatlara başçılıq edib. Amma heç bir sənəddə adı keçmir.
Belə görünür ki, Azərbaycanın bəzi özəl klinikaları üçün əsas məsələ tibbi təhsil yox, “yaradıcılıq” bacarığıdır. Ən maraqlı məqam isə Günel Əzizovanın məşhur bacısıdır – Azərbaycanın şou-biznes ulduzu Xatirə İslam.

Xatirə xanımın təsiri ilə Günel Əzizova bir zamanlar tibb müəssisələrində Mirezim Zaidov adlı həkimin köməkçisi kimi işə başlayıb. Onun bu yolda "karyerası" maraqlı xətt üzrə inkişaf edib. Əvvəlcə ginekoloji şöbədə işləyib. Daha sonra tibb sahəsində kosmetoloji inyeksiyaları ilə davam edir. Və son mərhələdə isə tamamilə ginekoloq roluna girib. Bu sahədə əməliyyatlar aparmağa başlayıb.
Maraqlıdır ki, bu məsələlərdə bəzi klinikaların rəhbərliyi heç bir tədbir görmür. Görünür, TikTok və digər sosial media platformaları artıq tibbi peşəkarlıqdan daha üstün tutulur. Əgər həkimlərimiz bu cür səviyyələrə düşəcəksə, gələcəyimizə necə ümidlə baxa bilərik? Sonda deyim ki, məqsədim kimisə incitmək yox, cəmiyyətimizi maarifləndirməkdir. Həkimlərimizdən isə bir ricam var: TikTok səviyyəsinə düşməyin. Çünki bu səviyyə nə sizə yaraşır, nə də Azərbaycan səhiyyəsinə".
Aparıcı onu da deyib ki, Günel Əzizova ixtisasını düzgün açıqladığı halda onu dəstəkləyəcək: "Sizə bir çağırışım var. Əgər sosial media hesabınızdan adınızın qarşısından "doktor" sözünü götürüb, malik olduğunuz diploma uyğun ixtisasınızı qeyd etsəniz, məsələn, tibb bacısı, bloger, marketoloq, sizi dəstəkləyəcəm!"/teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar