Sizin Reklam Burada
Xəbər lenti
30-11-2024
29-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu məşhurlar “xalq artisti” adını itirə bilər

Tarix: 30-11-2024 12:52     Baxış: 345 A- / A+


Xalq artisti Ağadadaş Ağayevin mühafizəçi ilə mübahisəsindən sonra başladılan məhkəmə prosesi onunla bağlı bəzi məsələləri gündəmə gətirib.
Hazırda məhkəmə prosesi davam edir. Lakin sosial şəbəkələrdə aparılan müzakirələrdə diqqətçəkən məqam, proses fonunda müğənninin “xalq artisti” titulunun ondan alınması təklifidir.
Belə bir şey mümkündürmü? Ümumiyyətlə sənət adamlarından hansı halda “xalq artisti” titulu alına bilər?
Manevr.az Globalinfo.az-a istinadla xəbər verir ki, cinayət törədən şəxslərin titulu əlindən alına bilər. Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 15-ci bəndinə əsasən fəxri ada layiq görülmüş şəxslərdən bu titullar aşağıdakı hallarda alına bilər:
1. Fəxri ad almış şəxs ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda – həmin şəxsin məhkum olunması barədə hökmün surəti və məhkəmənin təqdimatına əsasən;
2. Fəxri ad almış şəxs onu ləkələyən xata törətdikdə - fəxri adın verilməsi haqqında təqdimat vermək hüququ olan orqanın təqdimatına əsasən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məhrum edilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar