Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Tarix: 30-11-2024 12:08     Baxış: 3215 A- / A+
Azərbaycanda ali təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin, digər nazirlik və komitələrin tabeliyində olan, özəl və xüsusi təyinatlı olmaqla dörd kateqoriyaya bölünür.
Ali təhsil müəssisələrinin 20-si Elm və Təhsil Nazirliyinin, 13-ü digər nazirlik və komitələrin tabeliyində fəaliyyət göstərir. 7 ali təhsil müəssisəsi xüsusi təyinatlıdır, 10-u isə özəldir.
Manevr.az Modern.az-a istinadla xəbər verir ki, ölkədə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrinin rektoru yoxdur.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu rektoru Mustafa Babanlı olub. O, ötən ilin iyul ayında vəzifəsindən azad edilib. Rektorun səlahiyyətləri Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əsgərova həvalə olunub.
Azərbaycan Dövlət Dəniz Akademiyası da rektorsuz universitetlər sırasındadır. Ali təhsil müəssisəsinin rektoru Heydər Əsədov parlamentin deputatı seçildikdən sonra vəzifəsindən azad edilib.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov da Ali Məclisin deputatı seçildiyi üçün vəzifəsini itirib.
Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov isə Qarabağ Universitetinə rektor təyin edilib. Onun yerinə hələlik təyinat olmayıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının rəisi general-mayor Azər İbrahimov bu ilin oktyabr ayında vəzifəsindən azad edilib. Akademiyanın rəisi vəzifəsinin icrası general-mayor Faiq Məmmədova həvalə edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar