Xəbər lenti
Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması ilə bağlı işlərə başlanılır. Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətindən bildirilib.
İşlərin icrası üçün "EL EPCM” MMC ilə dəyəri 41.505.291,51 AZN (41 milyon 505 min 291 manat 51 qəpik) olan müqavilə imzalanıb. Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması işlərinə dekabrın ilk günlərindən başlanılacaq.
İlkin olaraq, "Acı dərə” kanalının trassası boyu kanalizasiya və yağış suları sisteminin yenidən qurulması işləri həyata keçiriləcək.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı hazırlıqlara başlayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































