Xəbər lenti
Rusiyada tövlədə donuzlar tərəfindən didişdirilmiş meyiti tapılan qızın ölümüylə bağlı şok TƏFƏRRÜAT

Bu barədə Krasnoyarsk diyarı Prokurorluğu məlumat yayıb.
Açıqlamada bildirilir ki, şübhəlinin qızın atası ilə şəxsi münaqişəsi olub. Cinayət də məhz bu düşmənçilik zəminində baş verib. Hadisə zamanı ev sahibləri bazara gediblər. Bu vaxt qonşu mal-qaranı öldürmək məqsədilə sərxoş vəziyyətdə təsərrüfat binasına daxil olub. Qapıda 17 yaşlı qızla rastlaşan şübhəli, onun başına ağacla zərbə endirib. Qız geri çəkilərkən ikinci zərbəni vurub.
Xatırladaq ki, noyabrın 23-də Krasnoyarsk diyarının Uşkanka kəndində donuz axurunda 11-ci sinif şagirdi olan qızın cəsədi tapılmışdı. Onun başında və bədənində çoxsaylı xəsarətlər qeydə alınmışdı. İstintaq ilkin olaraq qızın öküzün zərbəsi və ya donuzların hücumu nəticəsində ölə biləcəyi versiyasını araşdırıb.
Hazırda məhkəmə-tibbi ekspertiza qızın donuzlar tərəfindən didildiyi vaxt sağ olub-olmadığını müəyyənləşdirir. İlkin rəyə görə, qızın ölümü bud arteriyasının zədələnməsi nəticəsində baş verən qan itkisi səbəbindən olub. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar