Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu ölkədə məhbusların maaşı həbsxana işçilərindən çoxdur

Tarix: 26-11-2024 22:22     Baxış: 334 A- / A+
İngiltərədə ötən il həbsxanalarda ödənilən maaşlarla bağlı hesabat dərc edilib.

Ən yüksək maaş alan məhbusun xalis maaşı vergilər xaric 36 715 funt sterlinq (təx.79 min AZN) olaraq hesablanıb.

Digər yüksək maaşlı məhbusların gəliri 22.900 funt-sterlinqə (təx.49 min AZN) çatıb. Keçən il işləyən məhbusların orta gəliri 19 min sterlinq (təx.40.5 min AZN) olub. 

Londondan kənarda işləyən həbsxana məmurlarının illik maaşı isə 32 448 funt sterlinq (təx.70 min AZN) təşkil edir.

Məhkumların və işçilərin gəlirlərinin yaxınlığı diqqət çəkib.

Hətta bəzi məhbusların maaşlarının onları qoruyan həbsxana məmurlarının maaşından çox olduğu üzə çıxıb.

Çünki ölkədə biokimyaçıların qazancı 36 586 lirə, fizioterapevtlərin qazancı isə 36 602 funt sterlinqdir.

Qeyd edək ki, İngiltərədə cəza çəkən bəzi məhbuslara günün sonunda həbsxanaya qayıtmaları və digər cəza şərtlərini yerinə yetirmələri şərti ilə həbsxanadan kənarda işləməyə icazə verilir. Bu təcrübənin məqsədi cinayətkarları islah etmək, və onların himayəsində olan şəxslərin cəzalarını çəkərkən özlərini təmin etməyə davam etmələrini təmin etməkdir.

Burada məhbuslar işlədikləri müddətdə vergi ödəyicilərinə çevrilirlər. Həftədə 20 funt sterlinqdən çox qazananlardan 40% vergi tutulur və onlardan yığılan vergilər xeyriyyə təşkilatlarına köçürülür. ölkə.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar