Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Ölən şəxsin pensiya fonduna yığılmış vəsaiti ailəsinə verilməlidir"

Tarix: 26-11-2024 14:25     Baxış: 323 A- / A+

“Ölən şəxsin pensiya fonduna yığılmış vəsaiti ailə üzvlərinə verilməlidir”.
Manevr.az xəbər verir ki, bunu deputat Arzuxan Əlizadə Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.
“Şəxs dünyasını dəyişirsə, onun pensiya fondunda yığılmış vəsaitinin vərəsəlik əsasında ailə üzvlərinə verilməsi qanunvericilikdə öz əksini tapmalıdır. Hazırda əmək müqaviləsi olan işləyənlərin, eləcə də reallıqda olduğundan aşağı əməkhaqqı fiksə olunmaqla bir çox hallarda əlavə ayırmalar olmasın deyə minimum əməkhaqqı göstərilməklə işləyənlərin sayı kifayət qədər çoxdur”.

Deputat qeyd edib ki, bir sıra sahələr üzrə mütəxəssislərin pensiyaya çıxmasında könüllülük prinsipi tətbiq olunmalıdır:
“Xüsusilə, 65 yaşlı həkim və müəllimlərin mütləq şəkildə pensiyaya çıxması şərtləndirilməli deyil. 65 yaşına çatmış müəllim və həkimlərin mövcud təcrübəsindən yararlanmaq əvəzinə, onları təqaüdə göndərmək nə dərəcədə faydalı və ədalətlidir?
Doğru olardı ki, müəllim və həkimlərə ən azından 70 yaşa qədər öz istəyi əsasında işləmək imkanı verilsin. Onsuz da bu kateqoriyadan olan şəxslər 70 yaşına qədər hər il müəssisə rəhbəri ilə bir illik müqavilə bağlamaqla işdə qala bilirlər. Bu amil özü də bir sıra neqativ hallara səbəb olur”, - deyə deputat bildirib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar