Xəbər lenti
Bu şəxslər aliment ödəməyə bilər – AÇIQLAMA
"Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.
Bu məsələ son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Belə ki, bəzi valideyinlər xəstə və işsiz olduqlarını əsas gətirərək aliment ödəməkdən boyun qaçırır.
Bəs görəsən fiziki və ya əqli qüsuru olan valideyinlərin aliment ödənişi necə həyata keçirilir?
Vəkil Emil Aslanov bildirib ki, "Belə bir halda, məhkəmə alimentin məbləğini təyin edərkən, atasının gəlirini, sağlamlıq vəziyyətini və dolanışıq şəraitini diqqətə alır. Əgər ata yalnız əlillik pensiyası ilə dolanırsa, məhkəmə alimentin miqdarını onun real iqtisadi imkanlarına uyğun olaraq müəyyənləşdirə bilər. Əgər ata aliment ödəməyi çətinləşdirən vəziyyətdədirsə (məsələn, yalnız pensiya alır və əlavə gəliri yoxdur), alimentin miqdarı minimum səviyyədə təyin edilə bilər və ya onun aliment ödənişindən tam olaraq azad olunması mümkün ola bilər. Lakin həmin şəxsə qəyyum təyin olunanda ödənişi o həyata keçirilir. Qeyyum şəxsə xüsusən də məhdud fəaliyyət qabiliyyəti olan bir şəxsə onun həyatını idarə etmək və hüquqlarını qorumaq məqsədilə təyin olunur".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar