Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sabiq deputat və icra başçısı vəfat etdi

Tarix: 23-11-2024 17:31     Baxış: 332 A- / A+
Sabiq deputat və icra başçısı vəfat etdi
Sabiq millət vəkili Səmayə Piriyeva vəfat edib.


Manevr.az
-ın xəbərinə görə, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, Sabirabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Səmayə Aslan qızı Piriyeva bu gün uzun sürən xəstəlikdən sonra 79 yaşında doğulduğu Hacıqabul şəhərində vəfat edib.

Qeyd edək ki, Səmayə Piriyeva 1945-ci il iyunu 17-də Hacıqabul şəhərində anadan olub. M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda və Ali Partiya Məktəbində ali təhsil alıb. 

1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 94 nömrəli Hacıqabul-Salyan dairəsindən Yeni Azərbaycan Partiyası namizədi olan Səmayə Piriyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Səmayə Piriyeva Milli Məclisin Yerli özünüidarəetmə məsələləri Daimi Komissiyasının və Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.

O, Azərbaycan Prezidenti Heydər Əliyevin 28 iyun 1999-cu il tarixli 180 nömrəli Sərəncamı ilə Sabirabad rayonunun icra başçısı vəzifəsinə təyin edilib. 1,1 il sonra isə Heydər Əliyevin 29 iyul 2000-ci il tarixli 490 nömrəli Sərəncamı ilə Sabirabad rayonunun icra başçısı vəzifəsindən azad olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar