Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şirvan şəhər Mərkəzi Xəstəxanasının həkimi Elşən Qafarovun özbaşınalığı - NARAZILIQ

Tarix: 23-11-2024 14:59     Baxış: 356 A- / A+
 Manevr.az Şirvan şəhər sakini Elmira Bayım qızı Babayevanın redaksiyanın elektron poçtuna göndərdiyi şikayət məktubunu təqdim edir:

"Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarına surəti:
Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti hörmətli Mehriban xanım Əliyevaya

Möhtərəm Cənab Prezident,
Hörmətli Mehriban Xanim!

 Şikayətim Şirvan şəhər Mərkəzi Xəstəxanasının həkimi Elşən Qafarovun özbaşınalığındandır. Bildirirəm ki, həyat yoldaşım 04.01.1965 doğumlu Xavandi Samit Sədulla oğlu (FİN 8ASXSTZ) beyin insultu keçirib. Yataq xəstəsidir, danışa bilmir, yözü yemək yeyə bilmir və s. 22.09.2024-dən 14.10.2024-cü ilədək Şirvan ş. Mərkəzi Xəstəxanasında yatıb. Müalicə həkimi Elşən Qafarovdur. Həmin həkim həm də Həkim Məsləhət Komissiyasının üzvüdür. Mənim yoldaşıma əlillik təyin olunmalıdır. Lakin həkim ağır vəziyyətdə olan xəstəni və bizi süründürməçiliyə saldı. 4 dəfə qəbulunda olmuşuq. Xəstənin də vəziyyəti ilə tanışdır. Lakin buna baxmayraq hər dəfə bir bəhanə gətirərək komissiyaya gəlmə tarixinin növbəti cümə axşaml günlərinə təyin edirdi. 14.11.2024-də Sizə şikayət etdikdən sonra komissiya üzvü bizi 22.11.2024-də qəbul etdi. Elşən Qafarov komissiya üzvü kimi özü özünü inkar etdi.

Deyir ki, xəstənin vəziyyəti düzgün qiymətləndirilməyib. Xəstəyə 1-ci qrup əlillik təyin olunmalıdır. Bunun üçün xəstə yenidən 1 həftə xəstəxanada yatmalıdır və yalnız 3 ay sonra onun əlillik məsələsinə baxıla bilər. Gah da deyir xəstənin vəziyyəti Bakıda dəyərləndirilməlidir. 1-cisi xəstənin müalicə həkimi elə o özü olub. Həkim kimi özü özünü inkar edir ?! 2-cisi bu vəziyyətdə olan xəstəni yenidən 1 həftə xəstəxanaya yerləşdirmək hansı məntiqə sığır? Halbuki xəstə 22.09.2024-dən 14.10.2024-cü ildə xəstəxanada yatıb. Ailəmizin maddi durumu çox acınacaqlıdır. 7 nəfərlik ailə (özüm, həyat yoldaşım, oğlum, gəlinim və 3 azyaşlı uşaqla) bir mənzildə yaşayırıq. Mən belə ağır vəziyyətdə olan həyat yoldaşıma baxdığım üçün işləyə bilmirəm. Həyat yoldaşım demək olar ki, ölüm ayğaındadır. Lakin mənim həyat yoldaşıma əlillik verilməsi üçün kommisiyada qəbul edib ona rəy vermək üçün bizi süründürürlər. Ölüm ayağında olan həyat yoldaşımı hər dəfə həkimə gətirmək üçün maddi və fiziki imkanım da yoxdur. Xəstənin müalicə həkimi özü olub, vəziyyəti ilə çox yaxşı tanışdır, bütün komissiya üzvləri də bunun şahidi oldu. Hətta komissiya üzvlərindən biri həkimə irad da bildirdi ki, ayağa qalxa bilməyən bu xəstə niyə incidilir? Başa düşə bilmirik həkim Elşən Qafarovun bizi süründürməçiliyə salmaqda  məqsədi nədir?! Belə ağır vəziyyətdə olan xəstəni və bu cür süründürməçiliyə salmaq insanlığa sığarmı? Xahiş edirəm Möhtərəm İlham Əliyev Cənablarının özbaşına məmurlarlarla bağlı xəbərdarlıqlarından nəticə cixarmaq istəməyən, bizi qəsdən süründürməçiliyə salan həkim Elşən Qafarovun fəaliyyəti araşdırılmaqla, barəsində tədbir görülsün və həyat yoldaşıma əlillik təyin edilməsi üçün bizə yardımçı olasınız. Öncədən Sizə minnətdaram", məktubda deyildir.

Hörmətlə; Elmira Bayım qızı Babayeva,
Ünvan: Şirvan şəhəri,
Füzuli k.,ev-25 Əlaqə tel: 070 250-00-27
23 noyabr 2024-cü il 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar