Xəbər lenti
“Müasir isitmə metodlarına keçmək lazımdır” - Samir Şərifov
Manevr.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
“Son illərdə ildə 13 faizə qədər xərc artımına getmişik. Əsas gücümüzü qeyri-neft sektorunun üzərinə qoymuşuq. Sevindirici haldır, bu sahədən gələn gəlirlərimiz artır. Ona görə çalışmalıyıq ki, tarazlığı kəskin surətdə pozmayaq. “Azəristiliktəchizat”a dövlət büdcəsindən ildə 46 milyon manat vəsait ayrılır. Bu vəsait ona görə ayrılır ki, “Azəristiliktəchizat”ın əhalidən yığdığı tarif faktiki xərclərdən xeyli aşağıdır. Burada böyük zərər əmələ gəlir. Qazanxanaların səmərəliliyi olduqca aşağıdır. Ona görə daha müasir isitmə metodlarına keçmək lazımdır. Bununla bağlı təkliflər var və hazırda işlənilir”, - deyə nazir bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar