Xəbər lenti
Bu ailələr ictimai nəqliyyatdan pulsuz istifadə edə bilər
Bəs görəsən dövlət bu addımı ata bilərmi?
Sosioloq Lalə Mehralı bildirib ki,
"Dövlət şəhid və qazi ailələrini ictimai nəqliyyatdan pulsuz istifadə etmək haqqı ilə mütləq şəkildə təmin etməlidir. Necə ki, o oğullar dövlətin suverenliyi, müstəqilliyi üçün öz canlarından keçiblər, sağlamlıqlarını qurban veriblər, eləcə də dövlət onların rifahını təmin etməyi öhdəsinə götürməlidir. Düzdür, şəhid ailələrinin müəyyən imtiyazları var, amma qazi ailələrinin də imtiyazları artırılmalıdır. Şəhid və qazi ailələrinin ictimai nəqliyyatdan pulsuz istifadə məsələsi həllini tapmalıdır. Ola bilər xüsusi ictimai nəqliyyat kartı ilə təmin olunsunlar, ola bilər sırf nəqliyyat üçün aylıq müəyyən məbləğ ödənilsin, amma mütləq nəsə edilməlidir. Necə ki, onlar bu vətən üçün öz sağlamlıqlarını qurban verib. Bu dövlət də onların və ailələrinin rifahı üçün əlini daşın altına qoymalıdır. Gəlin nəzər yetirək - Müharibə iştirakçısı bir qazi əgər əlilliyi təsdiqlənməyibsə, 80 manat müavinət alır. Biz bilirik ki, bu gün bir çox qazinin fiziki xəsarəti yoxdur deyə əlilliyi təsdiqlənmir. Bəs onların mənəvi, psixoloji sarsıntıları? Fiziki əlilliyi olmayan müharibə iştirakçılarını qazi kimi tanımamaq, onlara pensiya ayırmamaq ədalətsizlikdir. 80 manat müavinət onların 1 aylıq dərman pullarını belə qarşılamır. O ki, qaldı kənar xərclər. Onların övladları gün ərzində azı 6 dəfə ictimai nəqliyyatdan istifadə edilər. Məktəbə gedirlər, məşğələlərə gedirlər. Bütün bunlar əlavə xərcdir. Dövlət bu məsələdə güman edirəm ki, öz kölgəsini onların üstündə hiss etdirməlidir. Onlar anlamalıdırlar ki, öz sağlamlıqlarını boşuna qurban verməyiblər bu dövlətin yolunda. O şəhid övladları anlamalıdırlar ki, ataları bu dünyada olmasa belə dövlət onlara sahib çıxır".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar