Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Korrupsiyada adı hallanan vəzifəli şəxsləri gecə paltarında xalqın qarşısına çıxardılar - FOTO

Tarix: 18-11-2024 14:52     Baxış: 444 A- / A+
Salvador hökuməti rüşvət almaqda ittiham olunan bir neçə məmuru cəzalandırmaq üçün qeyri-adi bir addım atıb.
Manevr.az milli.az-a istinadla xəbər verir ki, rüşvət almaqda ittiham olunan məmurlar xalqın qarşısına çıxarılaraq alt paltarında göstərilib. Bu hərəkət hökumət tərəfindən "rüşvət halları ilə mübarizə" olaraq izah edilib. Rüşvət alan məmurların utandırılması məqsədilə tətbiq edilən bu cəza, həm də Salvador hökumətinin korrupsiyaya qarşı mübarizədə nə qədər ciddi olduğunu göstərmək üçün bir taktika kimi görülüb.
Qeyd edək ki, 2024-cü ilin əvvəllərində Salvadorun keçmiş təhlükəsizlik məsləhətçisi Alejandro Muyshondt hökumət partiyasının üzvünü rüşvət və narkotik qaçaqçılığı ilə əlaqələndirən açıqlamalar verdiyi üçün həbs olunub. Lakin, çox keçmədən, Muyshondt-in müəmmalı şəraitdə nəzarət altındaykən öldüyü barədə xəbərlər yayılıb. Onun ölümü ölkədə böyük narahatlığa səbəb olub və bu hadisə El Salvadorun hüquq-mühafizə orqanları və hökumətinin korrupsiyaya qarşı mübarizədəki qərarlılığı ilə bağlı suallar yaradıb. Keçmiş məsləhətçinin ölümü həm də Salvadorun siyasi və hüquqi sistemindəki ciddi problemləri və şəffaflıq çatışmazlıqlarını gündəmə gətirib.





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar