Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

“İnkarçıların Allah tərəfindən inkar edilməsi qanunu” ilə bağlı Quranda düşünən insanlara işarələr (eyhamlar) - Görəsən Hegelin xəbəri olubmu?

Tarix: 17-11-2024 22:34     Baxış: 3112 A- / A+

Ümummilli Liderimiz Heydər Əliyevin dünyada analoqu olmayan müdrik və uzaqgörən siyasəti nəticəsində SSRİ zaman və məkanında Rusiya, Ukrayna və digər respublikalarda Azərbaycan üçün ölkəmizdə olmayan ixtisaslar üzrə Elmi - Kadrların Məqsədyönlü Hazırlanması Strategiyasından bəhrələnən çoxsaylı alimlər sırasında Ukrayna və Azərbaycanın kimya elmləri doktoru, “Kolloid Kimyası” ixtisası üzrə Azərbaycanda yeganə kimya elmləri doktoru, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) professor və akademiki, ikisi Quran ayələri əsasında olmaqla, çoxsaylı elmi kəşfləri ilə ixtisası üzrə dünyada rekord göstəricilərlə uğur qazanan Rahim Abas oğlu Daşdiyevin son 12 il müddətində Quran ayələrinin bütün kainatın yaradıcısı- idarəedicisi Özünün Möhtəşəm “Ol qanunu” ilə hər bir şeyə qadir olan Uca Allahın saymaqla bitməyən Özünəməxsus unikal sifətləri, Allah vəhylərinin (mələklər içərisində Allah dərgahında xüsusi hörmət və dəyərlərə malik cənab Cəbrayıl vasitəsi ilə ötürülməsi ilə) təbliğatçıları olan peyğəmbərlərin həyatları ilə bağlı xatırlamaları, zəruri hallarda bəzi peyğəmbərlərə vermiş olduğu möcüzələr, Allahın Muhəmməd peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) xüsusi etimadı, tapşırıqları, məsləhətləri, tövsüyələri, Qurandan öncəki Səmavi Kitablar haqqında xatırlamaları, Allaha son dərəcə sadiq funklsional varlıqlar olan mələklər (1-ci varlıqlar) haqqında anlaşmalar, cənnət (4, 5 və 6-cı varlıqlarla birlikdə) və cəhənnəmi (7-ci varlıqlarla birlikdə) kifayət qədər təsvir etməklə 3-cü varlıq olan insanları (həm də 2-ci varlıq olan cinləri ) tövbəyə dəvətlə təkrar-tərar öyüd nəsihətləri, səbrlə, imtahanlarala, halal-haramla bağlı anlaşmaları, icazə- qadağanları, mükafat- cəzaları, xüsusi ilə inkarçıların Allah tərəfindən inkar edilməsi, Allahdan Qiyamət Hadisəsinə qədər möhlət verilən şeytan barədə məqamları, Allahın düşünən insanlar üçün diqqətə gətirdiyi çoxsaylı məsələlər ilə bağlı olan mindən çox ad altında sistemləşdirilmələri əsasında “İnkarçıların Allah tərəfindən inkar edilməsi qanunu ilə bağlı Quranda düşünən insanlara işarələr (eyhamlar) -Görəsən Hegelin xəbəri olubmu?” adlı aktual silsilədən olan və zəruri əsaslandırmalarla təsvir edilən növbəti yazsıını Manevr.az-ın oxucularına təqdim edirik.

Professor Rahim Daşdiyev

“İnkarçıların Allah tərəfindən inkar edilməsi qanunu” ilə bağlı Quranda üç yüzdən artıq
ayə aşkar edilmişdir: 2.28, 2.39, 2.61, 2.90, 2.99, 2.217, 2.221, 2.254; 3.4, 3.10, 3.11,
3.21, 3.22, 3.70, 3.72, 3.77, 3.97, 3.98, 3.112; 4.42, 4.56, 4.131, 4.133, 4.136, 4.138,
4.140, 4.150, 4.151, 4.155, 4.156, 4.168-170; 5.5, 5.10, 5.72, 5.73, 5.86, 5.102; 6.4, 6.5,
6.21, 6.31, 6.33, 6.34, 6.37, 6.39, 6.49, 6.68, 6.93, 6.105, 6.148, 6.157, 6.165; 7.36, 7.40,
7.41, 7.51, 7.64, 7.72, 7.76, 7.78, 7.80, 7.82-84, 7.90-92, 7.103, 7.136, 7.175, 7.182;
8.52, 8.54; 9.30, 9.54, 9.55, 9.65, 9.80; 10.17, 10.39; 11.59, 11.60, 11.68, 11.119; 12.37;
13.5, 13.30, 13.32, 13.43; 14.18; 15.90, 15.91; 16.4, 16.22, 16.39, 16.40, 16.71, 16.72,
16.104, 16.112; 17.98; 18.37, 18.105, 18.106; 19.66, 19.77; 20.48; 21.2, 21.3,
21.36, 21.41, 21.50, 21.107, 21.112; 22.19, 22.42-46, 22.72; 23.44, 23.69, 23.105; 24.39,
24.57; 25.4-11, 25.31-41, 25.77; 26.6, 26.201; 27.13, 27.14; 28.38-40; 29.18, 29.23,
29.25, 29.47, 29.49, 29.52, 29.54, 29.66, 29.68; 30.8, 30.10, 30.16, 30.34, 30.47; 31.6,
31.32; 32.10, 32.12; 33.64; 34.3, 34.5, 34.34, 34. 38, 34.43, 34.45, 34.52, 34.53; 35.4,
35.25, 35.26, 35.28, 35.43; 36.30; 37.170; 38.12; 39.7, 39.25, 39.32, 39.63; 40.12, 40.22,
40.63, 40.70, 40.84, 40.85; 41.9, 41.40, 41.52; 42.27; 43.24, 43.25, 43.30, 43.33, 43.65,
43.79; 44.9, 44.14; 45.11, 45.24, 45.31-35; 46.7, 46.10, 46.26; 47.33; 50.5, 50.12-14;
51.8-10; 52.11-16, 52.33, 52.36; 53.59, 53.60; 54.3, 54.9, 54.18, 54.42; 55.23;
56.2, 56.92-94; 57.19; 58.5; 59.2, 59.4; 60.1, 60.4; 61.7-9; 63.1, 63.2; 64.6, 64.10; 65.8-
10; 66.9; 67.6; 68.51, 68.52, 69.4-7, 69.40-43, 69.49, 69.50; 71.26; 72.23; 73.10, 73.11;
74.7; 75.5; 76.4; 77.34-36, 77.50; 78.28; 79.10; 80.17; 82.6; 84.22; 85.19; 88.23, 88.24;
89.41; 90.19, 90.20; 91.11; 92.14-16; 95.7, 95.8; 96.13, 96.14; 98.4, 98.6.
Bu ayələr maksimum ixtisarla təqdim edilir:
2.28. Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi (əcəliniz gəldikcə)
yenə öldürəcək, sonra (qiyamətdə) yenə  dirildəcək  daha sonra siz (əməllərinizin
haqq-hesabı çəkilmək üçün) Ona tərəf (Onun hüzuruna) qaytarılacaqsınız.
2.39. Kafir olaraq ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər, onlar orada (atəş
içində) əbədi qalacaqlar.
2.121.Verdiyimiz kitabı layiqincə (təhrif etmədən) oxuyanlar həmin kitaba iman
gətirənlərdir, onu inkar edənlər (dəyişdirənlər) isə (dünyada  axirətdə) özlərinə zərər
yetirənlərdir.
3.21.(Ya Rəsulum!) Allahın hökmlərini inkar edənlərə, peyğəmbərləri haqsız yerə
öldürənlərə, insanları ədalətə çağıranların canına qəsd edənlərə şiddətli əzab veriləcəyini
xəbər ver!
3.98.De: "Ey kitab əhli! Allah sizin əməllərinizin şahidi olduğu halda,  üçün Allahın
ayələrini (dəlillərini) inkar edirsiniz?"
4.56.Ayələrimizi inkar edənləri oda (Cəhənnəmə) atacağıq...
4.150.Allahı  peyğəmbərlərini inkar edənlər, Allahı peyğəmbərlərindən ayırmaq
istəyənlər...
4.151.Bütün bunlar, həqiqətən, kafirdirlər. Biz (axirətdə) kafirlərdən ötrü alçaldıcı əzab
hazırlamışıq!
5.5.... İmanı dananın bütün işləri boşa çıxar  o, axirətdə zərər çəkənlərdən olar!
5.10.Kafir olub ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər!
6.21.Allaha iftira yaxan  Onun ayələrini yalan hesab edən kəsdən daha zalım kim ola
bilər?! Şübhəsiz ki, zalımlar nicat tapmazlar!
6.39.Ayələrimizi təkzib edənlər zülmət içində (küfr  cəhalətdə) qalmış karlar 
lallardır...
7.51.O kəslər ki, dinlərini oyun-oyuncaq (əyləncə) etmiş  (fani) dünya həyatı onları
aldatmışdı. Onlar bu günə qovuşacaqlarını unutduqları  ayələrimizi (bilə-bilə) inkar
etdikləri kimi, Biz  onları bu gün unudarıq!
7.64.Buna görə onlar (Nuhu) yalançı hesab etdilər. Biz  onu  onunla birlikdə gəmidə
olanları xilas etdik. Ayələrimizi təkzib edənləri isə (tufan vaxtı) qərq etdik (suda boğduq).
Onlar, həqiqətən, kor bir camaat idilər.
7.76.(Təkəbbür üzündən iman gətirməyi) özlərinə ar bilənlər: "Sizin inandığınıza (Salehin
peyğəmbərliyinə) biz inanmırıq!" - dedilər.
7.78.Buna görə  onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs)
bürüdü, onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).
7.103.Onlardan sonra Musanı mö’cüzələrimizlə Fir’ona  onun ə’yanlarına
(peyğəmbər) göndərdik. Onlar (həmin mö’cüzələri) inkar etdilər. Bir gör fəsad törədənlərin
axırı necə oldu!
7.136.Biz  ayələrimizi yalan hesab edib onlardan qafil olduqları (onlara e’tinasız
yanaşdıqları) üçün (Fir’on əhlindən) intiqam alaraq onları dənizdə batırdıq.
9.30.Yəhudilər: "Üzeyr Allahın oğludur", xaçpərəstlər də: "Məsih (İsa) Allahın oğludur", -
dedilər. Onların ağzında gəzən bu (boş) sözlər daha öncə küfr edənlərin ("mələklər
Allahın qızlarıdır" - deyənlərin) sözlərinə bənzəyir. Allah onları öldürsün! (Allah onlara
lənət eləsin!) Necə  (yalana uyub haqdan) döndərilirlər!
9.54.Onların xərclədiklərinin qəbul olunmasına mane olan yalnız Allahı  Onun
Peyğəmbərini inkar etmələri, namaza tənbəl-tənbəl gəlmələri  istəməyə-istəməyə
xərcləmələridir.
10.17.Allaha iftira yaxan, Onun ayələrini yalan hesab edən adamdan daha zalım kim ola
bilər? Günahkarlar nicat tapa bilməzlər!
11.59.Bu da Ad tayfasıdır! Onlar Rəbbinin ayələrini inkar etdilər,..
11.60.Və, beləliklə, dünyada da, qiyamət günündə  lə’nətə uğradılar. Bilin ki, Hud
tayfası Rəbbini inkar etmişdi...
11.119.... "Mən Cəhənnəmi (Allahı inkar edən) bütün cinlər  insanlarla dolduracağam!"
 sözü tamamilə yerinə yetdi!
12.37. (Yusif) belə cavab verdi:... Mən Allaha inanmayan  axirəti  inkar eləyən bir
tayfanın dinini tərk etdim!
13.5.(Ya Rəsulum!) Əgər (müşriklərə) təəccüblənirsənsə, əsl təəccübləniləsi (əsl təəccüb
doğuran şey) onların: "Biz torpaq olduqdan sonra yenidənmi yaradılacağıq?" -
söyləməsidir. Onlar Rəbbini inkar edənlərdir. Boyunlarında zəncir olanlar da (boyunlarına
zəncir vurulacaq kəslər də) onlardır. Onlar cəhənnəmlikdirlər, özü  orada əbədi
qalacaqlar.
14.18.Rəbbini inkar edənlərin (dünyadakı yaxşı) əməlləri fırtınalı bir gündə küləyin
sovurub apardığı gülə bənzəyir. ...
15.90. Eynilə (Qur’anı) bölənlərə endirdiyimiz (əzab) kimi!
15.91. O kəslər ki, Qur’anı (müxtəlif) hissələrə böldülər! (Yəhudilər  xaçpərəstlər,
yaxud müşriklər Qur’anın bir qisminə inanıb, digər qismini inkar edirdilər. Onların bə’zisi
Qur’anı şe’r, bə’zisi sehr, bə’zisi isə kahinlik əsəri adlandırırdı).
16.22. Sizin tanrınız bir olan Allahdır. Axirətə inanmayanların qəlbləri isə (Allahın qüdrət
 əzəmətini, vəhdaniyyətini) inkar edər...
16.72.... Belə olduqda, onlar (müşriklər) batilə inanıb Allahın ne’mətini inkarmı edirlər?
17.98. Bu, ayələrimizi inkar etdiklərinə və: "Sür-sümük, çürüyüb ovxalanmış torpaq
olduğumuz halda, biz dirildilib yeni bir məxluqmu olacağıq?" - dediklərinə görə onların
cəzasıdır.
18.105. Onlar o kəslərdir ki, Rəbbinin ayələrini  Onunla qarşılaşacaqlarını (qiyamət
günü dirilib haqq-hesab üçün Onun hüzurunda duracaqlarını) inkar etdilər, bununla da
onların bütün əməlləri puça çıxdı. Buna görə  Biz (qiyamət günü) onlar üçün bir daş-
tərəzi qurmayacağıq!
19.77. (Ya Rəsulum!) Ayələrimizi inkar edib: "(Əgər qiyamət qopsa, axirətdə) mənə
mütləq mal-dövlət  övlad veriləcəkdir!" - deyən adamı (As ibn Vaili) gördünmü?
20.48. Bizə vəhy olundu ki, (Allahın vəhdaniyyətini  ayələrini, qiyaməti 
peyğəmbərləri) yalan hesab edənləri  (haqdan) üz döndərənləri (axirətdə) əzab
gözləyir!"
21.36. (Ya Rəsulum!) Kafir olanlar səni gördükləri zaman ancaq məsxərəyə qoyaraq (bir-
birinə): "Sizin tanrılarınıza tə’nə edən bumudur?" - deyərlər. Halbuki onlar, məhz onlar
Rəhmanın öyüd-nəsihətini (Qur’anı) inkar edirlər.
21.50. Bu (Qur’an) nazil etdiyimiz mübarək (insanlara daim xeyir-bərəkət gətirən) bir
Kitabdır. İndi siz onu inkarmı edirsiniz?
21.107. ... hətta səni inkar edənlərin belə cəzası qiyamətə qədər tə’xirə salınmışdır...
22.19. Rəbbi barəsində mübahisə aparan bu iki zümrə (mö’minlər  kafirlər bir-birinə)
düşməndir. Onu inkar edənlər üçün atəşdən paltar biçilmişdır; başlarına da qaynar su
töküləcəkdir.
23.69. Yoxsa öz Peyğəmbərini tanımadılar  buna görə onu inkar edirlər?
24.57. (Allahın vəhdaniyyətini inkar edən) kafirlərin yer üzündə (öz Rəbbini) aciz edə
biləcəyini (Allahın əzabından qaçıb canlarını qurtara biləcəklərini) güman etməyin.
Onların məskəni Cəhənnəmdir...
25.77. (Ya Rəsulum, bu Məkkə müşriklərinə) de: "Əgər ibadətiniz olmasa, Rəbbimin
yanında  qədir-qiymətiniz olar? Siz (Qur’anı  öz Peyğəmbərinizi) təkzib etdiniz. Buna
görə  (nə dünyada,   axirətdə əzab) yaxanızdan əl çəkməyəcəkdir!"
26.6. Onlar (Qur’anı) yalan hesab etdilər...
26.201. Onlar şiddətli əzabı görməyənədək (Qur’ana) inanmazlar.
27.14. (Mö’cüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə
 təkəbbür üzündən onları inkar etdilər...
29.23. Allahın ayələrini  Onunla qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab
üçün hüzurunda duracaqlarını) inkar edənlər Mənim mərhəmətimdən ümidlərini
üzənlərdir. Onları ağrılı-acılı bir əzab gözləyir.
29.47.... Bizim ayələrimizi yalnız kafirlər inkar edərlər!
29.52. De: ... Batilə inanıb Allahı inkar edənlər, şübhəsiz ki, ziyana uğrayanlardır!"
30.8.... Həqiqətən, insanların çoxu Rəbbi ilə qarşılaşacağını (qiyamət günü dirilib haqq-
hesab üçün Allahın hüzurunda duracağını) inkar edir.
30.34. Bizim onlara verdiyimiz ne’mətləri inkar etsinlər deyə (şirkə, küfrə düşərlər). İndi
(bir az dünyada) əylənib kefə baxın. (Cəhənnəm əzabının necə şiddətli olduğunu) mütləq
biləcəksiniz!
30.47. (Ya Rəsulum!) Biz səndən əvvəl  onların tayfalarına (neçə-neçə)
peyğəmbərlər göndərmişdik. (Peyğəmbərlər) onlara açıq-aşkar mö’cüzələr gətirmişdilər.
Biz (peyğəmbərləri təkzib edən) günahkarlardan intiqam aldıq...
31.32.... Bizim ayələrimizi yalnız çox xain, nankor olanlar danarlar!
32.10.... Bəli, onlar Rəbbi ilə qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün
Allahın hüzurunda duracaqlarını) inkar edən kəslərdir!
34.3. (Ayələrimizi) inkar edənlər: "Qiyamət bizə gəlməyəcəkdir!"...
34.45. Onlardan (Məkkə müşriklərindən) əvvəlkilər  (öz peyğəmbərlərini) təkzib
etmişdilər. Bunlar (Məkkə əhli) onlara verdiklərimizin (mal-dövlətin, qüdrətin, ömrün) onda
birinə belə nail olmamışlar. Amma onlar Mənim Peyğəmbərimi yalançı saydılar. (Ya
Rəsulum! Bir görəydin) Mənim (onları) inkar etməyim necə oldu! (Peyğəmbərləri inkar
etdikləri üçün Mən  o kafirləri inkar edib onlara olan ne’mətimi nifrətlə əvəz etdim,
hamısını məhv edib yer üzünü onlardan büsbütün təmizlədim. Bu, Məkkə müşriklərinə bir
ibrət dərsi olmalıdır!)
35.4. Əgər (bu müşriklər) səni təkzib etsələr (heç ürəyini sıxma). Səndən əvvəl 
peyğəmbərlər təkzib olunmuşdu. Bütün işlər (axırda) ancaq Allaha qayıdacaqdır
(qaytarılacaqdır)! (Təkzib edənlərə cəza veriləcək, təkzib olunanlara isə yardım
göstəriləcəkdir!)
35.26. Sonra Mən o küfr edənləri (əzabla) yaxaladım. (Ya Peyğəmbər! Bir görəydin)
Mənim onları inkar etməyim (ne’mətimi nifrətə çevirərək cəzalandırmağım) necə oldu!
36.30. Vay bu bəndələrin halına! Onlara elə bir peyğəmbər gəlməz ki, ona istehza
etməsinlər!..
37.170. Amma onu (Qur’anı) inkar etdilər. Onlar (küfrlərinin aqibətini) mütləq biləcəklər.
39.63. Göylərin  yerin açarları (ixtiyarı) Onun əlindədir. Allahın ayələrini inkar edənlər -
məhz onlar ziyana uğrayanlardır!
40.22. Bu (əzab) ona görə idi ki, peyğəmbərləri onlara açıq-aydın mö’cüzələr gətirmiş,
onlar isə (peyğəmbərləri) inkar etmişdilər. Buna görə  Allah onları məhv etdi...
40.84. Onlar əzabımızı gördükdə dedilər: "Biz yalnız Allaha iman gətirdik,
(Rəbbimizə) qoşduğumuz şərikləri (bütləri) isə inkar etdik!"
41.40. Ayələrimizi inkar edənlər (ayələrimizdən üz döndərənlər) Bizdən gizli qalmazlar...
43.30. Onlara haqq (olan Qur’an) gəldikdə: "Bu sehrdir, biz onu inkar edirik!" - dedilər.
43.65. Amma onların içərisindən çıxan firqələr arasında ixtilaf düşdü (xaçpərəstlər: "İsa
Allahın oğludur!" - dedilər, yəhudilər isə onun peyğəmbərliyini büsbütün inkar etdilər)....
44.9. Lakin onlar (Məkkə müşrikləri) şəkk içində qalıb oyun oynayırlar (Allaha, qiyamətə
ürəkdən inanmır, Qur’ana  Peyğəmbərə istehza edirlər).
45.11. Bu (Qur’an) bir hidayətdir. Rəbbinin ayələrini inkar edənləri çox şiddətli, ağrılı-acılı
bir əzab gözləyir.
46.26. ... çünki onlar Allahın ayələrini (bilə-bilə) inkar edirdilər...
50.5. Lakin onlara haqq (Qur’an) gəldikdə onu yalan saydılar. İndi onlar dolaşıqlıq
(təşvış) içindədirlər (sənə gah şair, gah sehrbaz, gah da kahin deyirlər)
52.11. O gün vay (peyğəmbərləri) yalançı hesab edənlərin halına!
54.42. Onlar ayələrimizin (mö’cüzələrimizin) hamısını yalan hesab etdilər. Biz  onları
yenilməz qüvvət, qarşısıalınmaz intiqam sahibinə yaraşan bir əzabla yaxaladıq.
56.2. Onun vaqe olmasını heç kəs təkzib edə (dana) bilməz!
57.19... Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar cəhənnəmlikdirlər.
58.5. Allah  Onun Peyğəmbəri əleyhinə çıxanlar, özlərindən əvvəlkilər  cür rüsvay
olmuşlarsa, o cür rüsvay olacaqlar. Biz artıq (Muhəmməd əleyhissəlamın haqlı olmasını
sübut edən) açıq-aşkar ayələr nazil etdik. Kafirləri alçaldıcı bir əzab gözləyir!
59.2. Kitab əhlindən kafir olanları (Mədinə ətrafında yaşayıb Muhəmməd
əleyhissəlamın peyğəmbərliyini inkar edən Bəni Nəzir qəbiləsini) ilk dəfə (bir yerə)
toplayıb öz yurdundan çıxardan (Şama sürgün edən) Odur...
67.6. Rəbbini inkar edənləri cəhənnəm əzabı gözləyir. Ora necə  pis məskəndir!
69.50. Şübhəsiz ki, bu (Qur’an) kafirlər üçün bir peşmançılıqdır (ona inanmadıqlarına
görə qiyamət günü böyük zərər çəkəcəklər).
71.26. Nuh dedi: "Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!
73.11. (Ayələrimizi) yalan sayan var-dövlət sahiblərini mənə tapşır...
75.5. Lakin insan (bundan sonra da) önündəkini (qiyaməti) danmaq (pis işlər görmək)
istəyər.
77.50. (Bu kafirlər) ona da (Qur’ana da) inanmayandan sonra daha hansı kəlama
inanacaqlar?!
80.17.Ölsün (kafir) insan! O  nankordur!
85.19.Xeyr, kafir olanlar (səni  Qur’anı) elə hey təkzib etməkdədirlər.
88.23.Lakin kim (imandan) üz döndərib (Qur’anı) inkar etsə
88.24.Allah onu ən böyük əzaba (axirət əzabına) düçar edər!
90.19.Ayələrimzi inkar edənlər isə sol tərəf sahibləridir!...
98.4.Kitab əhli yalnız özlərinə açıq-aydın dəlil (Peyğəmbər  Qur’an) gəldikdən sonra
(dində) ayrılığa düşdülər (onlardan kimisi Peyğəmbərə iman gətirdi, kimisi onu inkar etdi,
kimisi  şəkk-şübhə içində qaldı).
98.6.Həqiqətən, kitab əhlindən kafir olanların  müşriklərin yeri cəhənnəm odudur...
NƏTİCƏ
Quranda “İnkarçıların Allah tərəfindən inkar edilməsi qanunu” ilə bağlı özündə
açıq-aşkar işarələr (eyhamlar) əks etdirən 300-dən artıq ayə diqqətə gətirilmiş və
ixtisarla məlumatda təsvir edilmişdir. Bu ayələrdən 34.45  35.26 isə Quranda
“İnkarçıların Allah tərəfindən inkar edilməsi qanunu”nu birmənalı olaraq əks
etdirirlər:
34.45. Onlardan (Məkkə müşriklərindən) əvvəlkilər  (öz peyğəmbərlərini) təkzib
etmişdilər. Bunlar (Məkkə əhli) onlara verdiklərimizin (mal-dövlətin, qüdrətin, ömrün) onda
birinə belə nail olmamışlar. Amma onlar Mənim Peyğəmbərimi yalançı saydılar. (Ya
Rəsulum! Bir görəydin) Mənim (onları) inkar etməyim necə oldu! (Peyğəmbərləri inkar
etdikləri üçün Mən  o kafirləri inkar edib onlara olan ne’mətimi nifrətlə əvəz etdim,
hamısını məhv edib yer üzünü onlardan büsbütün təmizlədim. Bu, Məkkə müşriklərinə bir
ibrət dərsi olmalıdır!);
35.26. Sonra Mən o küfr edənləri (əzabla) yaxaladım. (Ya Peyğəmbər! Bir görəydin)
Mənim onları inkar etməyim (ne’mətimi nifrətə çevirərək cəzalandırmağım) necə oldu!
Nəticə
Beləliklə, Allah Quranda “İnkarçıların Allah tərəfindən inkar edilməsi qanunu” ilə bağlı
düşünən insanlar üçün dialektikanın “İnkarı inkar” qanununun əsas bazasını yaratmışdır.
Sual olunur: Bəs görəsən dialektika qanunlarını  eləcə  “İnkarı inkar” qanununu kəşf
edən dünya şöhrətli alman alimi  filosofu Hegelin bundan xəbəri olubmu? Müvafiq
ədəbiyyat araşdırmalarından bu sualla bağlı məlumat aşkar edilmədi. Zənnə qapılmağın
özü  günah olduğundan (49.12), “Doğrusunu Allah bilir” cavabı ilə qənaətlənmək olar.
İstənilən halda, “İnkarçıların Allah tərəfindən inkar edilməsi qanunu” Hegeldən təxminən
1200 il öncə tükənməz elm mənbəyi olan Quranda düşünən insanlar üçün çoxsaylı xüsusi
işarə  eyhamlarla təsvir edilməklə yanaşı 34.45  35.26 ayələrində birbaşa olaraq
şərh edilmişdir. Allahın düşünən bəndəsi isə müvafiq Quran ayələrinə istinadlarla
bu qanunu aşkar edə bilər (kəşf edə bilər). Əlbətdə bu özü  elm üçün mühüm bir tapıntı
kimi dəyərləndirilməlidir. Bütövlükdə hər bir elmi kəşf, yeni texnologiyalar  yeni
bilgilərin Allahın insanlara neməti olması aksiom kimi qəbul edilməlidir. Növbəti
məlumatda Quranda düşünən insanlar üçün “Kəmiyyət dəyişmələrinin keyfiyyət
dəyişməsinə keçməsi qanunu”na işarələrdən (eyhamlardan) bəhs ediləcək.
Əsas mənbə: Quran (V.Məmmədəliyev  Z.Bünyadov tərcüməsi)
Əsas mənbə:
1.Quran (V.Məmmədəliyev  Z.Bünyadov tərcüməsi), 1992.
Qeyd edək ki, professor R.A.Daşdiyevin ölkənin əsasən Moderator.az  Manevr.az
saytlarında dərc edilən digər məlumatları da məhz Quran ayələri ilə bağlıdır:
“Azərbaycan alimlərinin Quran ayələri əsasında Elmi Hipotezi” adlı məlumat. Ilk dəfə
12.11.2023 tarixində (22:35) Moderator.az saytında dərc
edilmişdir: //moderator.az/az/cemiyyet/703915/azerbaycan-alimlerinin-quran-ayeleri-
esasinda-elmi-hipotezi-foto/
“Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi” adlı
məlumat 07.05.2024 tarixində (17:10) Moderator.az saytında dərc
edilmişdir: //moderator.az/az/elmvetehsil/767480/zem-zem-suyunun-sirlerinin-acilmasi-
istiqametinde-azerbaycanli-alimin-elmi-kesfi/
“Quranda qeyd edilən 4-cü  5-ci varlıqların nədən yaradılması bilgiləri yalnız Allahın Qeyb
Elminə bəllidir” adlı araşdırma nəticəsi 13.05.2024 tarixində (11:23) Moderator.az saytında
dərc edilmişdir (Ekskluziv): //moderator.az/az/ekskluziv/768742/quranda-qeyd-edilen-4-cu-
ve-5-ci-varliqlarin-neden-yaradilmasi-bilgileri-yalniz-allahin-qeyb-elmine-bellidir/
“Əksliklərin vəhdəti  mübarizəsi qanunu ilə bağlı düşünən insanlar üçün işarələr (eyhamlar)
- Görəsən Hegelin xəbəri olubmu?” adlı analoji araşdırmaların nəticəsi 16.06.2024 tarixində
(10:47) Moderator.az saytnda dərc edilmişdir
(Ekskluziv): //moderator.az/az/ekskluziv/779607/quranda-eksliklerin-vehdeti-ve-mubarizesi-
qanunu-ile-bali-dusunen-insanlar-ucun-isareler-eyhamlar-gresen-hegelin-xeberi-olubmu/
“Quranda İnkarçıların Allah tərəfindən inkar edilməsi qanunu ilə bağlı düşünən insanlar üçün
işarələr (eyhamlar) - Görəsən Hegelin xəbəri olubmu?” adlı analoji araşdırmaların nəticəsi
05.07.2024 tarixində (10:45) Moderator.az saytında dərc
edilmişdir: //moderator.az/az/cemiyyet/785065/quranda-inkarcilarin-allah-terefinden-inkar-
edilmesi-qanunu-ile-bali-dusunen-insanlar-ucun-isareler-eyhamlar-gresen-hegelin-xeberi-
olubmu/
“Quranda dialektika qanunları ilə izah oluna bilməyən Allahın Ol qanunu - Görəsən Hegelin
xəbəri olubmu?” adlı analoji araşdırmaların nəticəsi 18.07.2024 tarixində (10:57)
Moderator.az saytında dərc edilmişdir
(Ekskluziv): //moderator.az/az/ekskluziv/789411/quranda-dialektika-qanunlari-ile-izah-oluna-
bilmeyen-allahin-ol-qanunu-gresen-hegelin-xeberi-olubmu/
“Dünya təcrübəsində Quran ayələri əsasında ilk Elmi Kəşf 2024-cü ildə Almaniyada
Azərbaycan alimlərinin adına qeydiyyatdan keçmişdir  lakin bu bir başlanğıcdır...” adlı
məlumat 24.07.2024 tarixində (11:40) Moderator.az saytında dərc edilmişdir
(Ekskluziv): //moderator.az/az/ekskluziv/791321/dunya-tecrubesinde-quran-ayeleri-esasinda-
ilk-elmi-kesf-2024-cu-ilde-almaniyada-azerbaycan-alimlerinin-adina-qeydiyyatdan-kecmisdir-
lakin-bu-bir-baslanicdir/
“Dərgahındakı Lövhi-Məhfuz kitabının Allahın Kainat Miqyaslı Yaddaş Sistemi olması 
Quranda düşünən insanlar üçün müvafiq işarələr (eyhamlar)”adlı məlumat 08.08.24 tarixində
(19:45) Moderator.az saytında dərc edilmişdir
(Ekskluziv): //moderator.az/az/ekskluziv/795985/dergahindaki-lvhi-mehfuz-kitabinin-allahin-
kainat-miqyasli-yaddas-sistemi-olmasi-quranda-dusunen-insanlar-ucun-muvafiq-isareler-
eyhamlar/
“Mahiyyəti yalnız Qeyb Elminə bəlli olan, Allahın insanları kodlaşdırması  bağlı - Quranda
düşünən insanlara müvafiq işarələr (eyhamlar)” adlı məlumat 28.09.24 tarixində (11:22)
Moderator.az saytında dərc edilmişdir
(Ekskluziv): //moderator.az/az/ekskluziv/810354/mahiyyeti-yalniz-qeyb-elmine-belli-olan-
allahin-insanlari-kodlasdirmasi-ile-bali-quranda-dusunen-insanlara-muvafiq-isareler-
eyhamlar/
Quranda İslam dialektika qanunu - Görəsən Hegelin xəbəri olubmu? adlı məlumat 30.09.24
tarixində (11:04) Moderator.az saytında dərc edilmişdir
https://moderator.az/az/ekskluziv/810866/quranda-islam-dialektika-qanunu-gresen-hegelin-
xeberi-olubmu/
Allahın dəmir, misi ərimədən Davud  Süleyman peyğəmbərin əlində muma bənzər hibrid
aqreqat halına salması - sirlər yalnız Qeyb Elminə bəllidir adlı məlumat 10.11.24 tarixində
(11:54) Manevr.az saytinda dərc edilmişdir https://manevr.az/index.php?newsid=142941
Quranda “Allahın Mütləq Keyfiyyətlər Dialektikası - görəsən Hegelin xəbə

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar