Xəbər lenti
Bakıda hərbi xidmət keçməkdən boyun qaçıran gənc məhkəmə zalından həbs edildi

Hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti təmin edilib, Xətai Rayon Məhkəməsinin çıxardığı 1000 manat məbləğində cərimə cəzası hökmü dəyişdirilib və o, 1 il müddətinə azadlıqdan məhrum edilib. Səməd Ağayev haqqında seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv olunub və o, məhkəmə iclas zalından həbs edilib.
İttihama görə, 2005-ci il təvəllüdlü Səməd Ağayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinin çağırış komissiyası tərəfindən tibbi müayinədən keçirilərək hərbi xidmətə yararlı hesab edilib. Sonra o, Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi məqsədilə müddətli həqiqi hərbi xidmət keçmək üçün Dövlət Xidmətinin rəisinin sərəncamı ilə Müdafiə Nazirliyinin N saylı hərbi birləşməsinə təyin olunub. Səməd bu ilin əvvəlində həmin hərbi birləşməyə getmək üçün Dövlət Xidmətinin Xətai rayon idarəsinə gəlib. Lakin hərbi xidmət keçməkdən boyun qaçırmaq məqsədilə əvvəlcə ağrıyan dişlərinin müalicə etdirməsinin zəruri olduğunu, sonra isə telefon vasitəsilə anası ilə danışmasını bəhanə gətirərək həmin ünvandan uzaqlaşıb.
Sonra Səməd qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan da boyun qaçırıb.
Daha sonra onun barəsində cinayət işi açılıb, cinayət məsuliyyətinə cəlb edilib. pravda.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar