Sizin Reklam Burada
Xəbər lenti
15-11-2024
BÜTÜN XƏBƏRLƏR

Keşlə qəbiristanlığındakı bəzi məzarlar başqa əraziyə KÖÇÜRÜLDÜ - Şəkillər

Tarix: 16-11-2024 08:54     Baxış: 326 A- / A+
Bakı şəhəri, Xətai rayonunun Keşlə qəbiristanlığında bəzi qəbirlər çöküb, ətrafı isə dağılıb. Sakinlərin iddialarına görə, bir neçə gün əvvəl ərazidə partlayış səsi eşidilib.

Bir ailənin üç üzvünün dəfn olunduğu ərazidə ciddi dağıntılar yaranıb. Torpağın altından yüksəktəzyiqli su kollektorunun səsi eşidilir, bəzi qəbirlər isə tamamilə itib.

Bakı Şəhər İcra Hakimiyyətinin baş mühəndisi və Keşlə qəbiristanlığının müdiri bu məsələ ilə bağlı açıqlama verməkdən imtina ediblər.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, illər öncə tullantı sularının axıdılması üçün nəzərdə tutulan kollektorun üzərində salınan qəbirlərdən biri torpaq aşınması səbəbindən dağılıb. İki qəbir isə hazırda dağıntı təhlükəsi ilə üz-üzədir. Bu məsələ ilə bağlı müvafiq orqanlara dəfələrlə müraciət olunduğu və ərazidə baxış keçirildiyi qeyd edilib.

Kollektorda hər hansı qəza hadisəsi baş vermədiyi, həmçinin xətdə rejim dəyişikliyinin olmadığı bildirilib. Problemin əsas səbəbi olaraq kollektorun üzərində qəbiristanlıq salınması göstərilib, bir neçə qəbir birbaşa magistral xəttin üzərinə düşüb.

Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidmət Trestindən isə qeyd edilib ki, yağış suları kollektorunda baş verən qəza nəticəsində torpaq qatında çökmə baş verib. Bu səbəbdən uzun illər öncə dəfn edilmiş şəxslərin məzarlarına ziyan dəyib. Trest tərəfindən təhlükəli zonada yerləşən daha beş məzarın digər əraziyə köçürülməsi təmin edilib. Hadisə ilə bağlı kollektorun balansdaşıyıcısına müraciət olunub. 

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar