Sizin Reklam Burada
Xəbər lenti
14-11-2024
13-11-2024
BÜTÜN XƏBƏRLƏR

Metrodan istifadə edənlərə XOŞ XƏBƏR

Tarix: 14-11-2024 22:56     Baxış: 333 A- / A+
Bu gün Bakıda keçirilən COP29 tədbiri çərçivəsində Azərbaycan Respublikasının Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Bakı şəhərinin mobillik proqramı" çərçivəsində paytaxtda mikromobillik vasitələrinin təşviqi və infrastrukturun qurulması istiqamətində işlərin görüldüyünü bildirib. Onun sözlərinə görə, indiyədək 32 km-dək mikromobillik zolaqları istifadəyə verilib və şəbəkənin genişləndirilməsi nəzərdə tutulur.

"Metropolitenin inkişafı "Bakı şəhərinin mobillik proqramı"nın əsas komponentidir. Həmin layihədə metronun əlçatanlığının və xidmət keyfiyyətinin artırılması üçün 9 yeni stansiyanın inşası, eləcə də mövcud infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur. Aparılan işlər şəxsi avtomobil istifadəsindən ictimai nəqliyyata keçidi təşviq etmək məqsədi daşıyır. Bu da insanların yola sərf etdikləri vaxtı azaltmağa kömək edəcək və şəhərin ekoloji vəziyyətinə müsbət təsir göstərəcək", - deyə nazir Rəşad Nəbiyev qeyd edib.

"Bu Anlaşma Memorandumu daha yaşıl və dayanıqlı Bakı ilə bağlı ümumi baxışımızın həyata keçirilməsi istiqamətində atdığımız əsas addımdır. Avropa İnvestisiya Bankı istixana effektli qaz tullantılarının azaldılması və şəhərdə ictimai nəqliyyatın keyfiyyətinin yaxşılaşdırılmasını təmin edəcək investisiya layihəsinin hazırlanması və təkmilləşdirilməsi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dəstək göstərəcək", - deyə AİB-nin vitse-prezidenti Teresa Çervinska vurğulayıb.

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar