Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Allahın “Pisliyi yaxşılıqla dəf et, qəzəbə səbr, cəhalətə elm, xəsisliyə comərdlik, cəzaya bağışlanmaqla cavab ver, belə olduqda düşmən olan şəxsi bir dost görərsən” fəlsəfəsi əsasında Quranda İslam Dialektika Qanunu

Tarix: 13-11-2024 21:42     Baxış: 3107 A- / A+
Ukrayna və Azərbaycanın kimya elmləri doktoru, “Kolloid Kimyası” ixtisası üzrə Azərbaycanda yeganə kimya elmləri doktoru, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının professor və akademiki, 100-ə yaxın ixtira müəllifi, son 3 ildə Almaniyada qeydiyyatdan keçmiş ikisi Quran ayələri ilə əlaqəli çoxsaylı Elmi Kəşfləri ilə ixtisası üzrə dünyada rekord göstəricilərlə uğur qazanan, Elmi Kəşflərilə bağlı Almaniyadan mütəmadi olaraq, ölkə Prezidentinə nailiyyətləri haqqında rəsmi məlumat daxil olan Rahim Abas oğlu Daşdiyevin rəhbərliyi altında son 12 ildə Quran ayələrinin mindən artıq ad altında sistemləşdirilmələri nəticəsi olaraq, “Pisliyi yaxşılıqla dəf et, qəzəbə səbr, cəhalətə elm, xəsisliyə comərdlik, cəzaya bağışlanmaqla cavab ver, belə olduqda düşmən olan şəxsi bir dost görərsən fəlsəfəsi əsasında Quranda İslam Dialektika Qanunu” mövzusunda aktual silsilədən olan növbəti yazını Manevr.az-ın oxucularına təqdim edirik:

“Ey Mömin kimsə! Pisliyi yaxşılıqla dəf et, qəzəbə səbr, cəhalətə elm, xəsisliyə comərdlik, cəzaya bağışlanmaqla cavab ver, belə olduqda düşmən olan şəxsi bir dost görərsən. Quranda İslam Dialektika Qanunu” mövzusu ilə bağlı – çoxsaylı Quran ayələrində düşünən insanlara müvafiq işarələr (eyhamlar): 2.110, 2.148, 2.177; 3.134, 3.159; 4.149; 5.13, 5.48, 5.84, 5.85; 6.160; 11.114, 11.115; 13.22, 13.23; 16.125, 16.126; 20.43, 20.44; 23.96; 25.70; 28.54; 39.10; 41.30-34; 42.40, 42.43; 43.89; 55.60; 60.8; 74.6; 80.14; 84.6; 90.4; 92.19, 92.20; 95.6; 98.8; 99.7; 103.3

Qeyd edilən ayələrin hər bir müvafiq dialektika elementlinə görə ixtisarla təsviri ...

(Ey mö’min kimsə!) Sən ... pisliyi yaxşılıqla dəf et, ...: 
13.22-23. Və o kəslər ki, ... pisliyin qarşısını yaxşılıq etməklə alırlar (pisliyin əvəzində yaxşılıq edirlər) - məhz onları (gözəl) axirət yurdu - ... Ədn cənnətləri gözləyir... 23.96. Sən pisliyi yaxşılıqla dəf et! (Gözəl xislət sahibi olub sənə pislik edəni, əziyyət verəni əfv et!)... 28.54. ... Onlar pisliyi yaxşılıqla dəf edər və özlərinə verdiyimiz ruzidən (ehtiyacı olanlara) sərf edərlər. ... (Ey mö’min kimsə!) Sən ... qəzəbə səbrlə cavab ver, ...: 3.134.O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər... 3.159. (Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et!... 11.115. (Müşriklərin və kafirlərin əzab-əziyyətinə) səbr et. Allah yaxşı işlər görənlərin mükafatını zay etməz! 42.43. Əlbəttə, hər kəs (pisliyə) səbr edib (qisası) bağışlasa, (onun bu hərəkəti şəriətcə) çox bəyənilən əməllərdəndir! ...

(Ey mö’min kimsə!) Sən ... cəhalətə elmlə cavab ver, ...:

16.125. (Ya Rəsulum!) İnsanları hikmətlə (Qur’anla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) də’vət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et... 20.43. Fir’onun yanına yollanın. O (allahlıq iddiasına düşməklə), həqiqətən, azğınlaşıb həddini aşmışdır. 20.44. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun! ... (Ey mö’min kimsə!) Sən ... xəsisliyə comərdliklə cavab ver, ...: 41.34 “Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mö’min kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!” ...

(Ey mö’min kimsə!) Sən ... cəzaya bağışlanmaqla cavab ver, ...:

5.13. ... Onların az bir qismi müstəsna olmaqla, sən onlardan həmişə xəyanət görəcəksən. Bununla belə, onları bağışla, ğünahlarından keç. ... 42.40. ... hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. ... 42.43. Əlbəttə, hər kəs (pisliyə) səbr edib (qisası) bağışlasa, (onun bu hərəkəti şəriətcə) çox bəyənilən əməllərdəndir! ... Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!: 41.34 “Yaxşılıqla pislik eyni ola bilməz!

(Ey mö’min kimsə!)

Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!”

Nəticələr:

1.“ Allahın “Ey Mömin kimsə! Pisliyi yaxşılıqla dəf et, qəzəbə səbr, cəhalətə elm, xəsisliyə comərdlik, cəzaya bağışlanmaqla cavab ver, belə olduqda düşmən olan şəxsi bir dost görərsən ” fəlsəfəsi əsasında Quranda İslam Dialektika Qanunu mövzusu ilə bağlı internet axtarışları nəticəsində zəruri məlumat əldə edilmədiyindən, baxılan məsələnin ilk dəfə olaraq araşdırılması, məhz onun aktuallığını təsdiq edir. 2.“Ey Mömin kimsə! Pisliyi yaxşılıqla dəf et, qəzəbə səbr, cəhalətə elm, xəsisliyə comərdlik, cəzaya bağışlanmaqla cavab ver, belə olduqda düşmən olan şəxsi bir dost görərsən” adlı İslam Dialektika Qanunu ilə bağlı Quranda düşünən insanlara işarələr (eyhamlar) bu və ya digər dərəcədə (qismən) yuxarıda qeyd edilən ayələrdə, tam əhatəli şəkildə isə Fussilat surəsinin 34-cü ayəsində verilmişdir: 41.34 “Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mö’min kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!”

Əsas mənbə:

1.Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi), 1992.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar