Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Uşaqların məktəbdə oxuması üçün tələblər sərtləşdirilir

Tarix: 12-11-2024 22:31     Baxış: 3207 A- / A+
Rusiyada miqrant uşaqlarının rus dilini bilmələri təsdiqlənmədən məktəblərə qəbulu qadağan edilə bilər. Müvafiq qanun layihəsi parlamentin Aşağı Palatasının müzakirəsinə təqdim ediləcək.

Bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin xəbər verib.

Onun sözlərinə görə, məsələ, həmçinin, Dövlət Dumasının 20 noyabrda plenar iclasda müzakirə etməyi planlaşdırdığı qərar layihəsində əks olunacaq.

"Miqrantların uşaqlarının məktəblərə qəbulu zamanı onların Rusiya ərazisində qalmasının qanuniliyinin yoxlanılmasını, rus dili üzrə məcburi testlərdən keçməsini, həmçinin rus dilini bilməsinin təsdiqi olmadan ümumtəhsil müəssisələrinə qəbulunun qadağan edilməsini təklif edirik. Bu baxımdan, müvafiq mövzu üzrə qanun layihəsi təqdim ediləcək", - deyə Volodin qeyd edib.

Dövlət Dumasının sədri əmək miqrasiyası, həmçinin miqrantlarla gələn ailələr üzrə təkliflərin hazırlanacağını vurğulayıb.

"Bunlar qərar çərçivəsində hökumətə göndəriləcək. Aidiyyəti hakimiyyət orqanlarının səlahiyyətləri çərçivəsində kompleks həllər işləyib-hazırlamağı təklif edəcəyik", - deyə Dövlət Dumasının spikeri əlavə edib. oxu.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar