Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Başlıbel qətliamı üç yüz illik - “Qarabağ problemi”nin qanlı səhifələri

Tarix: 12-11-2024 21:52     Baxış: 355 A- / A+
 
 1993-cü ildə Kəlbəcər rayonunun Ermənistanın silahlı qüvvələri tərəfindən işğalından sonra mühasirə şəraitində qalan dinc sakinlər silahsız olmalarına baxmayaraq müxtəlif vaxtlarda  ermənilərin silahlı hücumuna məruz qalırdılar.  
Belə hücumlardan biri də  Başlıbel kəndi ərazisində  olmuşdur. Portda Kahaları adlanan yerdə qayaların altında sığınacaq taparaq gizlənmiş, əksəriyyəti  qocalardan ,qadın və uşaqlardan ibarət olan altmışdan çox  kənd sakini  aprel ayının 18-də silahlı ermənilərin  qəfil hücumuna məruz qaldı. Nəticədə 18 nəfər  mülki vətəndaş şəhid oldu ki, bunlardan da 13 nəfəri Portda Kahaları ərazisində,qalan 5 nəfəri kəndin müxtəlif ərazilərndə vəhşicəsinə qətlə yetirildi. Sağ qalanlar və yaralılarin bəziləri  gecənin düşməsindən istifadə edərək qaçıb canlarını qurtara bilsələr də 16 nəfər kənd sakini  ermənilər tərəfindən əsir götürüldü.  

Bu qanlı hadisədən sağ-salamat çıxan 29 nəfər isə işğal olunmuş ərazidə gizli yaşamış və sağ qalmaq üçün həyat mücadiləsi aparmış,dəfələrlə ermənilər tərəfindən təqib olunmasına baxmayaraq, nəhayət, 113 gündən sonra gizli yollarla Kəlbəcər rayonunu tərk edərək Daşkəsənə  keçə bilmişdilər.   93 yaşlı  Ələsgər Tağıyev isə doğma Kəlbəcəri tərk etmək təklifini qəbul etməmiş və ömürlük olaraq  dağlardan ayrılmamağı qərara almışdır.  Bu gün də  onun taleyi barədə heç bir məlumat yoxdur.     

 Kəlbəcər rayonu  işğalda olduğu iyirmi sıkkiz il  müddətində  bu qanlı hadisələrin canlı şahidləri dəfələrlə müsahibələr verdilər. Başlıbel qətliamı haqqında  Zimistan Həsənov, Məhəmməd Nərimanoğlu, Oqtay Salahli, Namiq Dəlidağlı, Köçəri Cəfərli, Zahid Muxtar,  Etibar Seyidağa, Zülfüqar Hüseynzadə, Hüseyn Şahbəndəyev  dəfələrlə  məqalələr yazaraq  müxtəlif mətbuat orqanlarında çap etdirdilər.  Əli Başlıbelli, Musa Əziz, Ələkbər Sönməz, Xalid Kazımov , Elxan Salahov və Arif Süleymanov  qətliam haqqında  kitablar çap etdirdilər. 
Araşdırmaçı -jurnalist Elxan Salahovun  2018-ci ildə çap etdirdiyi  “Qanlı Kaha“ kitabını isə  bu qanlı faciə barədə  yazılmış  bütün  məqalə və əsərlərin pik nöqtəsi adlandırmaq olar. Çünki bu sənədli- publisistik povestin çapından sonra  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  Birləşmiş Millətlər Təşkilatının kürsüsündən  ermənilərin törətdiyi  Başlıbel qətliamı haqqında dünya ölkələrinin liderlərinə məlumat verdi.  2022-ci ildə  Elxan Salahovun ssenarisi əsasında  “Qanlı Kaha “ kitabının motivlərini özündə əks etdirən sənədli televiziya filmi  çəkilmişdir.     Bu günlərdə  Kəlbəcər rayonunun Başlıbel kəndində  doğulub boya- başa çatan   Süleymanov Arif Tapdıq oğlunun  uzun müddət üzərində işlədiyi  “ Başlıbel Qətliamı (Üç yüz illik  “Qarabağ problemi”nin  qanlı səhifələri) kitabının genişləndirilmiş  ikinci nəşri çapdan çıxmışdır.  Kitab bu günə qədər çap olunmuş bütün  kitablardan fərqlənir.  Burada  təkcə Başlıbel qətiamı ilə əlaqəli toplanmış materiallar yox, çar Rusiyası dövründən  ermənilərin İrandan və Türkiyədən Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsi  və orada yerləşdirilməsindən tutmuş  çağdaş dövrümüzə qədər  baş verən tarixi hadisələr  öz əksini tapmışdır.  

Kitabın giriş hissəsində Sibir düşərgələrində saxlanılan Azərbaycanlı ailələrin taleyi haqqında qısa məlumat oxucunun nəzərinə çatdırılmaqla  XX əsrin sonlarında Azərbaycan xalqının ermənilərin təcavüzünə məruz qalmasının heç də təsadüfi bir hal olmadığı bildirilir. Müəllif   bununla  bildirir ki, xalqımızın başına gətirilən soyqırım və deportasiya hadisələri  çar Rusiyasının  erməniləri  Azərbaycana köçürməsinin məntiqi davamıdır.  Kitabda Rusiya ilə  XVIII-XIX əsrlərdə  aparılan bir çox müharibələrin gedişində  İran və Osmanlı torpaqlarından, XX-XIX əsrlərdə  Suriya və Livan  kimi ölkələrdən  gizli  yollarla ermənilərin  Cənubi Qafqaza köçürülməsinin ,iki əsr boyu  Azərbaycan türklərinə qarşı  apardıqları soyqırım siyasətinin və 1993-cü ilin aprel ayındaa  Azərbaycan Respublikasının ərazi vahidi olan Kəlbəcər rayonunun işğalı zamanı  törətdikləri qətliamlar haqqında  qısa tarixi bilgilər verilmişdir.   Müəllif giriş hissədə yazır :  “ Əsas məqsədimiz yaxın tarixdə baş vermiş  qətliamların və soyqırımların  hansı gizli və açıq siyasətlərin nəticəsi olduğunu və tariximizə biganə qalmayaraq  törədilən bu kimi  dəhşətli hadisələrin  əsl səbəblərinin gələcək nəsillərə  düzgün çatdırılmasında  köməkçi olmaqdır”.   

 Kitab üç hissədən ibarətdir. Birinci hissə  “ Qarabağ problemi”nin qısa tarixi .Azərbaycanlılara qarşı törədilən soyqırım aktları“, ikinci hissə  “ I Qarabağ müharibəsi. Azərbaycan ərazilərinin işğalı və yeni qətliamların törədilməsi “,  üçüncü hissə isə   “ II Qarabağ müharibəsi “ adlanır.Üçüncü hissədə Başlıbel qətliamı zamanı Portda Kahalarında şəhid olan 12 nəfərin cəsədlərinin dörd aylıq istintaqdan sonra  dəfni barədə AZƏRTAC-ın  7 sentyabr 2021-ci il  tarixli məlumatı da  öz əksini tapıb .  Azərbaycan bayrağına bükülmüş cənazələr əvvəlki yerində dəfn olunmaq üçün  Başlıbel kəndinə yola salınıb.  Dəfn mərasimində  faciə qurbanlarının  ailə üzvləri ilə  yanaşı qətliama   şahidlik etmiş kənd sakinləri də iştirak etmişlər.    Üçüncü hissədə  kitabın işlənməsi prosesində  istinad olunmuş ədəbiyyatın biblioqrafik göstəricisini  əks etdirən  “Biblioqrafiya” bölməsi də var.  Bu bölmədə müəllif  kitabı hazırlamaq üçün müraciət etdiyi  60-dan çox əsərin ,elmi məqalənin,monoqrafiyanın ,şəxsi əlyazmaların  və s. siyahısını ardıcıllıqla oxuculara təqdim etmişdir.   

 Ümumiyyətlə , A.Süleymanovun  müəllifi olduğu  “ Başlıbel Qətliamı ” kitabı gələcək nəsillərimiz üçün  tarixi yaddaş rolunu oynamaqda çox önəmli bir mənbədir.  Bu kitab doğma Başlıbelimizin  qanlı tarixinin  yaddaşlarda qalması üçün  indiyədək çap olunmuş kitablara  və məqalələrə yeni bir yanaşmadır. Başlıbelimizin dəyərli ziyalısı  Arif Süleymanova ərsəyə gətirdiyi  bu dəyərli kitaba görə  bütün həmkəndlilərimiz adından  təşəkkürümü bildirirəm.                                                          


 Oqtay  SALAHLI.

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar