Xəbər lenti
Azərbaycan səmasında meteor müşahidə olundu - ŞƏKİL
Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsi səmasında meteor müşahidə olunub.
Manevr.az bildirir ki, bunu "report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov deyib.
O bildirib ki, səmada ara-sıra sürətli hərəkət edən obyektlər görünür:
"El arasında buna ulduz axını deyirlər. Əslində, bunlar Günəş sistemindəki cisimlərdən, asteroidlərdən qopan daş, buz qəlpələridir. Bu qəlpələr bəzən Yerin atmosferinə də sürətlə daxil olur, daha sonra yanıb kül olurlar. Bu gecə səmada müşahidə olunan meteorlar orionitlərdir. Bunlar Orion bürcünə düşdüyü üçün belə adlanır.
İlin aylarından asılı olaraq, hündür dağlıq ərazilərdən bu meteorları müşahidə etmək mümkündür. Orionitlər ən sürətli hərəkət edən meteorit hesab olunur. Onların sürəti saniyədə 66 kilometrə çatır. Onlardan bəziləri atmosferlə sürtüşmə zamanı külə çevrilsə də, Yerə çatanı da olur. Bu meteorlar yaşayış məskənlərinə düşəndə, fəsadlara səbəb ola bilər”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar