Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyəli fermerdən Azərbaycanın Zəfər Günü ilə bağlı maraqlı addım

Tarix: 07-11-2024 21:39     Baxış: 3206 A- / A+
Türkiyəli fermerdən Azərbaycanın Zəfər Günü ilə bağlı maraqlı addımTürkiyənin Kırklareli şəhərinin Lüleburqaz rayonunda yaşayan fermer Azərbaycanın Qarabağ Zəfərini xüsusi şəkildə qeyd etmək istəyib.

Bu barədə "Anadolu" verir.

Məlumata görə, Burak Tunçkol adlı fermer traktoruna Türkiyə və Azərbaycan bayraqlarını bərkidib, torpaqda şumla iz qoyaraq təxminən dörd saat ərzində "Qarabağ Azərbaycandır, Qarabağ zəfəri dörd yaşında" sözlərini tarlasına yazıb.

Tunçkol Türkiyə və Azərbaycanın qardaş ölkələr olduğunu və Qarabağ zəfərinin ildönümünü qeyd etdiyini bildirib.

Tunçkol Qarabağ Zəfəri üçün çox sayda şəhid verildiyini və bunu unutmadığını vurğulayıb.

"Tarlaya yazı yazdığım zaman kotanı torpağa hər batıranda şəhidləri xatırladım. Şəhidlərimizin məkanı cənnət olsun", - deyə o bildirib.

Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün davam edib. Azərbaycan Prezidentinin sərəncamı ilə bu müharibədə qazanılan qələbə hər il noyabrın 8-də Zəfər Günü kimi qeyd olunur. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar