Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslər dövlət vəsaiti hesabına dəfn ediləcək

Tarix: 07-11-2024 16:09     Baxış: 366 A- / A+
Bu şəxslər dövlət vəsaiti hesabına dəfn ediləcək
Milli Məclisin bu gün keçirilən iclasında Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.

Manevr.az
Bizim.Media-ya istinadən xəbər verir ki, qanun layihəsinə görə, qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin öldüyü vaxtdan 7 gün müddətində meyitin təhvil verilməsi barədə müraciət daxil olmadıqda o, dövlət vəsaiti hesabına dəfn ediləcək.

Həmçinin, Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs ağır xəstəliyə tutulduqda və ya vəfat etdikdə, Mərkəzin rəisi bu barədə dərhal həmin şəxsin yaxın qohumlarına (teleqram vasitəsilə), vəfat etdikdə, həmçinin onların vətəndaşı olduqları və ya daimi yaşadıqları dövlətin Azərbaycan Respublikasındakı diplomatik və ya konsulluq nümayəndəliklərinə, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxsə himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlara və aidiyyəti dövlət orqanlarına məlumat verilməsini təmin etməlidir.
Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin meyiti məhkəmə-tibb ekspertizası keçirildikdən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsi ilə müəyyən edilmiş digər prosessual hərəkətlər aparıldıqdan sonra onun qohumlarına təhvil veriləcək.

Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin öldüyü vaxtdan 7 gün müddətində meyitin təhvil verilməsi barədə müraciət daxil olmadıqda o, dövlət vəsaiti hesabına dəfn ediləcək. Həmin müddətdə meyitin daha uzun müddət saxlanılması barədə müraciət daxil olduqda, meyit müraciət edən şəxsin vəsaiti hesabına 30 günədək müddətdə müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumunun meyitxanasında saxlanılacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar